...

Böyük Britaniya parlamentinin üzvü: Azərbaycan Avropanın enerji təhlükəsizliyi strategiyasına böyük töhfələr verir

Siyasət Materials 11 Oktyabr 2013 17:20 (UTC +04:00)
Azərbaycan Avropanın enerji təhlükəsizliyi strategiyasına böyük töhfələr verir. Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola dair Avropa Azərbaycan Cəmiyyətinin suallarına cavab olaraq Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Kris Pinçer "Azərbaycanla maksimum əməkdaşlıq" adlı məqaləsində bildirib.
Böyük Britaniya parlamentinin üzvü: Azərbaycan Avropanın enerji təhlükəsizliyi strategiyasına böyük töhfələr verir

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Avropanın enerji təhlükəsizliyi strategiyasına böyük töhfələr verir. Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola dair Avropa Azərbaycan Cəmiyyətinin suallarına cavab olaraq Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Kris Pinçer "Azərbaycanla maksimum əməkdaşlıq" adlı məqaləsində bildirib.

Məqalədə deyilir: "Heç şübhəsiz, hamımıza bəllidir ki, dünyanın çox az bir hissəsində karbohidrogen ehtiyatları mövcuddur. Azərbaycan-Böyük Britaniya dostluq qrupunun sədri kimi, mən çox yaxşı bilirəm ki, bu ölkə quruda və dənizdə kifayət qədər neft və qaz payına sahibdir".

K.Pinçer qeyd edib ki, Azərbaycanın neft hasilatı tarixi 19-cu əsrin ortalarından başlayır: "Çoxları bu qənaətdədir ki, ilk dəfə neftin sənaye üsulu ilə çıxarılması 1850-ci illərdə ABŞ-ın Texas ştatında baş tutub. Halbuki dünyada qurudakı ilk neft quyusu 1846-cı ildə Bakı yaxınlığında qazılıb. İyirminci əsrin əvvəllərində dünya neft hasilatının yarısından çoxu Azərbaycanda hasil olunurdu və Bakı öz "JR Ewings"lərinin (neft baronlarının) sayı ilə öyünürdü".

Məqalə müəllifi qeyd edib ki, hazırda Səudiyyə Ərəbistanı, Rusiya, hətta Qazaxstan kimi neft və qaz dövlətləri daha artıq karbohidrogen ehtiyyatlara malikdirlər. Buna rəğmən, Azərbaycan bir çox səbəblərə görə öz strateji əhəmiyyətini Avropa üçün, xüsusilə də Böyük Britaniya üçün saxlamaqdadır:

"Əvvəla, Azərbaycan Avropanın enerji təhlükəsizliyi strategiyasına böyük töhfələr verir. Qərbi Avropa dövlətlərinin yeganə böyük təchizatçısı - Rusiyadan asılılığı nə sabit, nə də davamlıdır. Azərbaycan şimaldakı neftçilərə qarşı mühüm alternativ təchizatçı mənbədir".

K.Pinçerin sözlərinə görə, ikincisi, Azərbaycan Qərbi Avropaya neft və qaz ötürəcək kəmər şəbəkələrini təşkil etmək və maliyyələşdirməyə həm hazır, həm də qadirdir. 2006-cı ilin iyul ayında rəsmi açılışı olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Azərbaycan nefti ilə yanaşı, gün ərzində 600 min bareldən artıq qazax neftini də Bakıdan 1000 mil uzaqda yerləşən Türkiyənin Aralıq dənizindəki liman şəhəri olan Ceyhana və oradan da Avropaya daşıyır. Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri isə Xəzər dənizindəki "Şahdəniz" qaz yatağından təbii qazı Türkiyəyə çatdırır.

"Şahdəniz II" yatağından hasil ediləcək qaz Trans-Anadolu (TANAP) qaz kəməri ilə, oradan isə yenicə təsdiq olunmuş Trans-Adriatik (TAP) kəməri vasitəsilə Yunanıstandan keçərək İtaliyaya çatdırılacaq. İtaliyadan isə digər Qərbi Avropa dövlətlərinə göndərilə bilər. Bütün bu kəmərlər şəbəkəsi Avropa İttifaqının Rusiya qazından asılılığını azaldacaq və "Cənub dəhlizi"nə alternativ olacaq. Gələcəkdə Xəzər dənizi ətrafındakı digər ölkələrin, hətta İraqın Kürdüstan vilayətində hasil edilən qaz Azərbaycan vasitəsilə Qərbi Avropa istiqamətində nəql edilə bilər. Azərbaycan hasilatçı olmaqla yanaşı, Mərkəzi Asiya qazının nəqli üçün aparıcı tranzit ölkəsi olmaq niyyətindədir.

Məqalə müəllifi qeyd edib: "Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, sadaladığım təşəbbüslərə bir ölkə öhdəçi olsa da, Azərbaycanın ambisiyalarını həyata keçirməkdən ötrü bir şirkətin rolu digərlərindən daha çox olub. 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanmasından sonra Azərbaycanın dənizdəki əsas neft və qaz yataqlarının hasilatını BP şirkəti həyata keçirib. Bu karbohidrogen resurslarını bazara çıxaran kəmərlərin tikintisini həyata keçirən konsorsiumların yaradılmasında BP önəmli rol oynayıb. Böyük Britaniyanın sabiq Baş naziri Marqaret Tetçer ilkin neft müqaviləsinin hazırlanması prosesinə yaxından cəlb olunmuş və onun rəsmi imzalanma mərasimində şəxsən iştirak etmişdi. O, haqlı olaraq Britaniya şirkətinin kiçik bir dövlətin öz ambisiyalarına çatmasına yardımdçı olmasında oynadığı rola görə fəxr edirdi. Bu ambisiyalar neft müqaviləsinin iştirakçısı olan hər kəsin mənfəətində idi. Bunlar Azərbaycanın geniş inkişafı baxımından vacib idi. Britaniya-Azərbaycan əlaqələri möhkəm təməl əsasında qurulub. Lakin yenə də həm işgüzar səviyyədə, həm də hökumətlər səviyyəsində bu əlaqələr daha da gücləndirilməlidir".

Qeyd edək ki, K.Pinçer Britaniya Parlamentinin Enerji Komitəsinin üzvü və parlamentdə bütün partiyalar üzrə (APPG) Azərbaycan-Böyük Britaniya dostluq qrupunun rəhbəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti