Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Misir ordusu Sina yarımadasında silahlı qruplaşmalara qarşı əməliyyat keçirib, 331 nəfər saxlanılıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Misir ordusunun mətbuat katibi Əhməd Məhəmməd Əlinin sözlərinə görə, ordu və polisin bu yaxınlarda terrorçular, silahlı qruplaşmalar və qaçaqlara qarşı Süveyş və Sina yarımadasında keçirdiyi əməliyyatlar nəticəsində təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan 255 nəfər, həmçinin 76 terrorçu saxlanılıb.
Əməliyyatlar zamanı avtomat, qumbara, raket və müxtəlif tipli partlayıcı maddələrin ələ keçirildiyi bildirilir.