Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm (FOTO)

Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

"İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, Prezident vəzifəsinə seçmiş doğma Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, prezident seçkiləri, seçkilərin nəticələri dövlət müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymətdir.

"Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir.

On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi.

Əminəm, Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki son on ilin tarixi bunu deməyə əsas verir. On ildə Azərbaycanda sabitlik qorundu. Biz Müstəqillik Gününü qeyd edərkən bir daha müstəqilliyimizin ilk illərinə qayıdırıq və görürük ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri çox ağır keçmişdir, Azərbaycan böyük fəlakətlərlə üzləşmişdir. Demək olar ki, gənc müstəqil dövlət uçurum kənarında idi. Heydər Əliyev siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı bu ağır vəziyyətdən xalqımızı, dövlətimizi çıxara bilmişdir və ondan sonra Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur.

Ona görə sabitliyin qorunması son on il ərzində prioritet məsələ kimi daim gündəlikdə idi. Sabitliyin qorunmasında əlbəttə ki, dövlət siyasəti xüsusi rol oynayır, eyni zamanda, xalqla iqtidar arasındakı birlik bax bu sabitliyin təmin edilməsində əsas rol oynamışdır".

"Biz Azərbaycanı bütün risklərdən, təhlükələrdən qoruya bildik" - deyən dövlət başçısı İlham Əliyev söyləyib ki, son on il ərzində bölgədə və dünyada baş vermiş hadisələr bizim hamımızın yaxşı xatirindədir: "Qanlı toqquşmalar, müharibələr, inqilablar, siyasi, iqtisadi, maliyyə böhranları - bütün bunlar bizim ətrafımızda baş verən hadisələr idi. Biz öz siyasətimizlə, qətiyyətimizlə Azərbaycan xalqını və Azərbaycan dövlətini bu bəlalardan qoruya, müdafiə edə bilmişik. Beləliklə, son on il ərzində də Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşamışdır.

Təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi. Ona görə son on il ərzində bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da gücləndirmişdir və beləliklə, Azərbaycanın inamlı inkişaf dinamikası saxlanılmışdır.

Bu on ildə Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə getmişdir. Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Siyasi azadlıqlar, söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilmişdir. Azərbaycanda bütün demokratik proseslər müsbət istiqamətdə getmişdir. Son on il ərzində iqtisadi uğurlarla bərabər, siyasi islahatların aparılması da ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir.

Azərbaycanda son on il ərzində dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olmuşdur. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir. Bu, bizim həyat tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Artıq Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir. Bu gün Azərbaycan dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdən biridir. Bir sözlə, demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu ilə bağlı bütün addımlar ölkəmizi daha da gücləndirmiş və dinamik inkişafa imkan vermişdir.

Son on il ərzində bizim beynəlxalq əlaqələrimiz böyük dərəcədə güclənmişdir, genişləndirilmişdir. Azərbaycan son on il ərzində 39 ölkədə səfirlik açmışdır və hazırda səfirliklərin sayı 57-yə çatmışdır. On ildə 28 ölkə Azərbaycanda öz səfirliyini açmış və beləliklə, Azərbaycanda xarici ölkələrin səfirliklərinin sayı 53-ə çatmışdır. Beynəlxalq təşkilatlarla münasibətlərdə Azərbaycan öz prinsipial mövqeyini daim müdafiə edir və qoruyur. Biz on ildə bir neçə mötəbər beynəlxalq təşkilatın üzvü olmuşuq və bu təşkilatlarda öz maraqlarımızı müdafiə edirik.

Eyni zamanda, ikitərəfli formatda aparılan xarici siyasət uğurlu olmuşdur. Bizim dostlarımızın sayı artır. Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır. Nəzərə alsaq ki, bizə qarşı həm dünya erməniliyi, eyni zamanda, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim kampaniya aparır, bu inamı qazanmaq o qədər də asan məsələ deyildi.

Ancaq bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu, bizim böyük siyasi, diplomatik qələbəmizdir, müstəqil Azərbaycanın böyük uğurudur. Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrlik edir və son iki il ərzində biz bu təşkilatda öz prinsipial mövqeyimizlə, ədalətli addımlarımızla və beynəlxalq hüquqa olan hörmətimizlə daha da böyük nüfuz qazana bilmişik.

Xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı, o cümlədən xaricə qoyulan investisiyaları ilə də bağlı olacaqdır. Belə olan halda dünyada nə qədər çox dostlarımız olsa, bizim iqtisadi inkişafımız o qədər də uğurlu olacaqdır".

Prezident İlham Əliyev deyib ki, iqtisadi inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır: "Əminəm ki, son on il ərzində əldə edilmiş nailiyyətlərimiz beynəlxalq ekspertlər tərəfindən ciddi şəkildə təhlil ediləcəkdir. On ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir və gələcəkdə də təmin edəcəkdir.

Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onlardan 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapmışdır. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Ancaq elə etməliyik ki, biz növbəti illərdə işsizliyi tamamilə aradan götürək. İki regional beşillik proqram icra edilmişdir. Bölgələr abadlaşdı, canlandı. Bölgələrdə infrastruktur yaradıldı və regional proqramların icrası nəticəsində bölgələrlə paytaxt arasında fərq azaldı.

Son on il ərzində ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulmuşdur və bu sərmayənin təxminən yarısı xarici sərmayədir. Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Eyni zamanda, yerli investisiyalar da artır. Əlbəttə ki, yerli investisiyaların strukturunda daxili sərmayə üstünlük təşkil edir. Ancaq yerli özəl sektor da bu işlərə fəal qoşulubdur. Azərbaycanda gözəl investisiya iqlimi vardır. Azərbaycanda çox uğurlu iqtisadi inkişaf müşahidə olunur.

Son on il ərzində yoxsulluqla bağlı tədbirlərimiz gözəl nəticələrə gətirib çıxarmışdır. On il ərzində Azərbaycanda yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalmışdır. Bu, əlbəttə ki, iqtisadi islahatların uğurlu olmasından xəbər verir. Eyni zamanda, Azərbaycan sosial dövlət kimi öz sözünü demişdir. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərlə müşahidə olunur. Ölkə iqtisadiyyatı arta, ancaq vətəndaşların sosial durumu pisləşə bilər. Biz Azərbaycanda bunun tam əksini görürük. Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır. Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artmışdır. Sosial infrastrukturun yaradılması üçün böyük vəsait səfərbər edilmişdir. Son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilmişdir, tarixi abidələrimiz bərpa edilmişdir. Bir sözlə, sosial siyasət bundan sonrakı illərdə də prioritet olaraq qalacaq, iqtisadi sahədə uğurlar əminəm ki, bundan sonra da davam edəcəkdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - təxminən ümumi daxili məhsulun 7-8 faizini təşkil edir. Dünya miqyasında bu, ən yaxşı göstəricilərdən biridir.

Azərbaycan investisiya qoyuluşu üçün çox gözəl ölkəyə çevrilibdir və növbəti illərdə investisiya qoyuluşu davam edəcəkdir. Biz son on il ərzində valyuta ehtiyatlarımızı bir neçə dəfə artıra bilmişik. Baxmayaraq ki, biz, eyni zamanda, böyük infrastruktur layihələrinə Dövlət Neft Fondundan vəsait götürürük, hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxındır. Bu, onu göstərir ki, iqtisadi və sosial siyasət bir-birini tamamlayır. Eyni zamanda, bizim iqtisadi siyasətimiz güclü zəmin üzərində qurulub. Biz xarici borcdan asılı deyilik. Baxmayaraq ki, bəlkə bu gün Azərbaycana borc vermək üçün təşkilatlar növbəyə düzülürlər, buna ehtiyac yoxdur. Biz hər şeyi düşünülmüş şəkildə edirik, iqtisadi siyasətimizi elə aparırıq ki, bu siyasət dayanıqlı inkişafa xidmət göstərsin. İldən-ilə artan valyuta ehtiyatlarımız, açılan yeni iş yerləri, sosial müdafiə məsələlərinin həlli bizim müstəqilliyimizin nə qədər güclü olmasını göstərir.

Biz öz gücümüzə arxalanırıq, Azərbaycan xalqının istedadına, zəhmətinə güvənirik. Ona görə Azərbaycan dünya miqyasında hətta böhranlı illərdə uğurla inkişaf etmişdir. Bəziləri xüsusilə əvvəlki illərdə bizim uğurlarımızı neft amili ilə bağlamaq istəyirdilər. Amma hazırda həyat və bizim nəticələr göstərir ki, əgər neft amilinin əvvəllər rolu olubsa, indi bu rol o qədər də böyük deyildir.

Əsas uğurlarımızın səbəbi düşünülmüş siyasətdədir. Burada müstəqil xarici siyasət öz rolunu oynayır. Cəsarətli siyasətimiz uğurlarımızı şərtləndirə bilib. Bütün beynəlxalq aparıcı qurumlar iqtisadi inkişafla bağlı Azərbaycanı nümunəvi ölkə kimi qiymətləndirir və öz reytinqlərində yüksək yerlərə layiq görürlər. Dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görüb. Bu, Azərbaycanda iqtisadi sahədə aparılan ciddi islahatların nəticəsidir. Bu islahatlar davam etdiriləcəkdir. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, eyni zamanda, biz öz daxili bazarımızı qoruyuruq və qoruyacağıq. Biz daxili istehsalçılara daha da əlverişli şərait yaradırıq və yaradacağıq.

Son on il ərzində sahibkarlığın inkişafı ilə bağlı böyük addımlar atılmışdır. On ildə bir milyard manat dəyərində güzəştli kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna yönəldilmişdir və iş yerlərinin açılması, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması məqsədləri güdülürdü. Belə olan halda sahibkarlığın inkişafının, orta təbəqənin yaradılmasının, yoxsulluğun azaldılmasının - bütün bu məsələlərin təməlində bizim düşünülmüş iqtisadi siyasətimiz və siyasi xəttimiz dayanır.

Sənayeləşmə ilə bağlı məsələlər öz həllini tapmışdır. Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində hesab edirəm ki, on il ərzində çox böyük addımlar atılmışdır və bu siyasət davam etdiriləcəkdir. Son on il ərzində Azərbaycan bizim üçün yeni olan sahələrə investisiya qoymağa başlamışdır. Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilmişdir. Bəlkə on il bundan əvvəl bu barədə danışmağa belə heç kimin fikri yox idi. Ancaq bu gün bu reallıq onu göstərir ki, siyasi iradə, peşəkar kadrlar və düzgün iqtisadi siyasət olan yerdə istənilən məsələ öz həllini tapa bilər.

Bu gün bizim peykimiz - "Azərspace-1" artıq Azərbaycanı kosmik dövlət kimi dünyada tanıtdırır. Kosmik sənayenin inkişafı sürətlə gedəcəkdir. Dövlət əlbəttə ki, öz sözünü deyir və deyəcəkdir. Burada dövlət vəsaiti əsas rol oynayır.

Enerji siyasətimizdə son 10 il ərzində tarixi hadisələr baş vermişdir. Ulu öndər Heydər Əliyevin neft strategiyası bu gün tam şəkildə reallaşıbdır. Bu strategiyanın davamı üçün yeni təşəbbüslər irəli sürülübdür. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2006-2007-ci illərdə istifadəyə verilmişdir. Beləliklə, ilk dəfə olaraq Xəzər dənizinin neft-qaz ehtiyatları dünya bazarları ilə birləşmişdir. Dəhliz yaradılmışdır ki, bu dəhlizdən indi biz və qonşularımız istifadə edir. O dəhliz ki, onun üzərində strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi icra edilir. Bu layihənin də təşəbbüskarı Azərbaycan olmuşdur. Əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürmüşdür. Ona görə, enerji siyasətimizlə bağlı olan təşəbbüslər və reallaşan layihələr çoxdan regional çərçivələrdən çıxıb və bu gün Azərbaycan qlobal enerji bazarında çox etibarlı, ciddi ölkə kimi tanınır. Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur.

Son illər ərzində Azərbaycanda yeni qaz yataqları kəşf edilmişdir. Bu yataqların kəşfi artıq Azərbaycanı dünya miqyasında böyük qaz ölkəsi kimi təqdim edir. Bizim təsdiq edilmiş qaz ehtiyatlarımız təxminən üç trilyon kubmetrə bərabərdir. Azərbaycan bu sahədə bundan sonra ən azı 100 il ciddi oyunçu kimi öz rolunu oynayacaq, ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir.

Keçən il və bu il neft-qaz strategiyamızın reallaşması üçün də iki önəmli hadisə baş vermişdir. Keçən il TANAP layihəsinə, bu il isə Trans-Adriatik boru kəməri layihəsinə start verildi. Bunlar dünya miqyaslı, strateji əhəmiyyətə malik olan layihələrdir. Bu layihələrin təşəbbüskarı Azərbaycandır. Bu layihələrin icrası üçün Azərbaycan həlledici sözə malikdir. Bizim təşəbbüslərimiz və ardıcıl siyasət, müstəqil siyasət bax, bu reallıqları yaradır. Bu reallıqlar Azərbaycan dövlətinə və xalqına onilliklər bundan sonra da xidmət edəcək, bizim iqtisadi müstəqilliyimizi təmin edəcəkdir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə bilməz. Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşürdüm ki, əgər biz buna nail olmasaq Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyildir. Bu barədə daha danışmağa da dəyməz. Çünki bu, bir aksiomadır.

Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması - bu amillər bizi problemlərdən qoruya bildi. Azərbaycanın gələcəkdə uğurlu inkişafı üçün bütün bu amillər daha da güclənməlidir. Biz bunu edəcəyik. Növbəti beş ildə mən Prezident kimi bunu təmin edəcəyəm. Əlbəttə, bu gün neft strategiyasının icrası nəticəsində beynəlxalq, regional əməkdaşlıq da yeni bir formada özünü göstərməkdədir. Regional və beynəlxalq əməkdaşlıqda Azərbaycan, bir daha demək istəyirəm ki, bundan sonra da etibarlı tərəfdaş kimi öz rolunu oynayacaqdır. Bir daha qeyd etmək istəyirəm ki, bizim xarici siyasətimizlə bağlı bütün təşəbbüslər əməkdaşlıq, dostluq üzərində qurulubdur. Bir-birinin işinə qarışmamaq, bir-birinə hörmət etmək, bu, həm beynəlxalq hüquq normalarına uyğundur, eyni zamanda, normal insani davranışa da uyğun olan siyasətdir.

Son on il ərzində sənayenin inkişafı ilə bağlı önəmli hadisələr baş vermişdir. Artıq ağır sənayenin inkişafı ilə bağlı böyük layihələr icra edilmişdir. Növbəti illərdə əminəm ki, bu istiqamət prioritet olacaqdır. Çünki Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, demoqrafik göstəricilərdə də özünü büruzə verir. Bunu mən böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda son on il ərzində əhali artmışdır. On il əvvəl əhalimiz 8,3 milyon idi. Hazırda 9,4 milyondur. On ildə əhali bir milyon yüz min artmışdır. Demoqrafiya özlüyündə gələcəkdə böyük rol oynayacaqdır. Demoqrafik inkişaf, eyni zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki demoqrafik inkişaf o halda müsbət amildir ki, iqtisadiyyat buna imkan verir. Biz bəzi ölkələrin problemlərini bilirik. Bəzi ölkələrdə demoqrafik tənəzzül müşahidə olunur və o ölkələr xüsusi proqramlar tətbiq edirlər. Bəzi ölkələrdə isə demoqrafik inkişaf o qədər sürətlidir ki, ölkə iqtisadiyyatı buna dözmür. Ona görə bizim iqtisadiyyatımız və xüsusilə növbəti illərdə kənd təsərrüfatı və ağır sənaye ilə bağlı olan təşəbbüslərimiz, o cümlədən demoqrafik amil də hesablanmalıdır. Bizim iqtisadi imkanlarımız əhalinin artımını daim üstələməlidir.

Son on il ərzində Azərbaycanda böyük enerji potensialı yaradılmışdır. On dörd elektrik stansiyası yaradılmışdır ki, əgər o stansiyalar tikilməsəydi, hazırda Azərbaycanda bu qədər müəssisə fəaliyyət göstərə bilməzdi. Deyə bilərəm ki, bizim ümumi generasiya gücümüz hazırda altı min meqavat səviyyəsindədir. Onun təxminən 45 faizi son on il ərzində yaradılmışdır. Bu gün Azərbaycan xarici bazarlara elektrik enerjisini ixrac edir. On il bundan əvvəl idxal edirdi. Bu gün biz təbii qazı ixrac edirik. On il bundan əvvəl idxal edirdik və demək olar ki, böyük problemlər yaranmışdı. Yəni, bu on il ərzində energetika sektorunda bütövlükdə böyük nailiyyətlər əldə edilmişdir və əminəm ki, növbəti illərdə bu müsbət meyillər davam edəcək, çünki bizim konkret proqramımız, planlarımız vardır.

İqtisadiyyatın hər bir sahəsinin inkişafı ilə bağlı olan bu proqramlar əminəm ki, icra ediləcəkdir. Mən növbəti beş il ərzində ölkə qarşısında duran vəzifələrlə bağlı dəfələrlə ictimaiyyətə öz fikirlərimi çatdırmışam. Bir daha qeyd etmək istəyirəm ki, növbəti beş il ərzində biz ölkəmizin uğurlu inkişaf tempini saxlamalıyıq, artırmalıyıq".

Prezident İlham Əliyev deyib ki, Azərbaycan bundan sonra da prinsipial mövqe nümayiş etdirəcək və üzv olduğumuz təşkilatlarda, beynəlxalq təşkilatlarda öz mövqeyimizi müdafiə edəcəyik: "Əməkdaşlıq etdiyimiz təşkilatlarla münasibətləri bundan sonra da ancaq bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq və qarşılıqlı hörmət əsasında quracağıq. Çalışacağıq ki, dünyada dostlarımızın sayı çoxalsın və bu məqsədlərə nail olmaq üçün iqtisadi amillərdən də istifadə etməliyik. Bu gün dünyada xarici investorlar üçün şərait yaradılır, onlar dəvət edilirlər və bir çox ölkələr istəyirlər öz iqtisadi vəziyyətlərini xarici investisiyalar hesabına yaxşılaşdırsınlar. Bizim isə iqtisadi siyasətimiz, əksinə, xarici bazarlara investisiya qoymaqdan ibarətdir. Çünki biz gələcəkdə daxili investisiyaları o qədər də artıra bilməyəcəyik. İqtisadi qanunlar da buna imkan verməyəcəkdir. Ona görə iqtisadi amildən istifadə edib dünyada daha çox dost qazanmaq xarici siyasətlə bağlı prioritet məsələlərdən biridir.

İqtisadi sahədə şaxələndirmə siyasəti aparılır, aparılacaqdır. Çalışmalıyıq ki, növbəti on il ərzində qeyri-neft iqtisadiyyatımız iki dəfə artsın. Bu hədəf artıq bir il bundan əvvəl qarşıya qoyulmuşdur. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar vardır. Bu ilin göstəriciləri bunu deməyə əsas verir. Bu il qeyri-neft sektorumuz on faizdən çox artmışdır. Əgər biz hər il qeyri-neft sektorumuzu on faizdən çox artıra bilsək, o hədəfə çatacağıq.

Əlbəttə ki, bu faizlər, bu rəqəmlər mütləq hədəf deyildir. Əsas məsələ ondan ibarətdir ki, biz bu hədəflərə çatsaq Azərbaycan iqtisadiyyatı daha da güclənəcək və dayanıqlığını daha da möhkəmləndirəcək, neft amilindən asılılığını daha da azaldacaq və iş yerlərinin açılmasına daha da yaxşı imkanlar yaradılacaqdır.

Sosial siyasətlə bağlı bizim mövqeyimiz hesab edirəm ki, məlumdur. Son 10 ilin təcrübəsi deməyə əsas verir ki, cəmiyyətdə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur, olmayacaqdır. Yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və digər sosial proqramlar icra ediləcək, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Hələ ki, buna böyük ehtiyac vardır.

Sənayeləşmə ilə bağlı bizim siyasətimiz əminəm ki, növbəti illərdə daha da böyük nəticələrə gətirib çıxaracaqdır. Ağır sənayenin inkişafı üçün gözəl imkanlar vardır. Artıq texnoparklar, sənaye zonaları yaradılır. Dövlət əlbəttə ki, burada aparıcı rolunu ilkin mərhələdə oynamalıdır, oynayacaqdır. Özəl sektor da bu işlərə qoşulur. Azərbaycanda istehsal oluna biləcək bütün məhsullar Azərbaycanda istehsal olunmalıdır.

Ərzaq təhlükəsizliyi tam şəkildə təmin edilməlidir. Biz son 10 il ərzində bu istiqamətdə böyük nailiyyətlərə imza atdıq. Bu gün bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Biz növbəti 5 il ərzində elə etməliyik ki, əsas ərzaq məhsulları 100 faiz Azərbaycanda istehsal olunsun. Bunu etmək üçün imkan da, konkret təkliflər də vardır və vəsait də nəzərdə tutulacaqdır.

Kənd təsərrüfatı ilə bağlı tədbirlər bundan sonra da aparılacaqdır. Böyük suvarma layihələri icra edilir və beləliklə, fermerlər üçün daha da gözəl şərait yaradılacaqdır.

İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində siyasətimiz davam etdiriləcəkdir. Bu texnologiyalar həm ölkə iqtisadiyyatını inkişaf etdirir, eyni zamanda, məmur-vətəndaş münasibətlərini normal səviyyədə tənzimləyir və tənzimləməlidir. Bu məsələlərə də xüsusi diqqət göstərilməlidir".

Enerji siyasəti haqqında danışan dövlət başçısı növbəti illərdə çox böyük planların olduğunu bildirib: ""Əsrin kontraktı"nın imzalanmasından sonra son 19 il ərzində Heydər Əliyev neft strategiyası icra edilir. Son on il ərzində bu, daha çox qaz amilində özünü göstəribdir. Növbəti beş il ərzində biz strateji layihələri icra etməliyik. Bu layihələr dünya miqyaslı layihələrdir. Ancaq mən əvvəlki çıxışlarda qeyd etdiyim kimi, Azərbaycan burada aparıcı rol oynayır. Onların arasında TANAP layihəsi və Trans-Adriatik boru kəməri layihəsi xüsusi yer tutur. Bu layihələr böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda, bu layihələrin icrası çox geniş beynəlxalq əməkdaşlıq tələb edir. Hazırda bu layihələrdə iştirak edən bütün ölkələrlə Azərbaycanın çox gözəl münasibətləri vardır, işgüzar, bir-birinə hörmət əsasında münasibətlər qurulubdur. Bu iki layihəni biz növbəti beş il ərzində icra etməliyik. Bu, o qədər də asan məsələ deyildir. Ancaq bu günə qədər atılmış addımlar, cəsarətli və düşünülmüş siyasətimiz, əminəm ki, bu layihələrin icrasında da bizə kömək göstərəcəkdir. Bu layihələrin icrası Azərbaycanı bundan sonra onilliklər ərzində çox önəmli beynəlxalq oyunçuya çevirəcəkdir.

Hazırda bizimlə hesablaşırlar. Bizim sözümüz böyük məna daşıyır. Bakıda qəbul edilmiş qərarlar bir çox hallarda enerji siyasətinin istiqamətlərini müəyyən edir. Biz bu iki layihəni icra etsək, - əminəm ki, biz buna nail olacağıq, - onda bizim çəkimiz daha da artacaqdır. Çəkimiz artdıqca, əlbəttə ki, imkanlarımız da genişlənəcək və bundan sonra heç kimin ağlına gəlməyəcək ki, hansısa məsələdə Azərbaycanı kənara qoyub öz problemlərini həll etmək mümkün olsun. Heç kimin ağlına bundan sonra gəlməyəcək ki, Azərbaycanı hansısa layihədən təcrid etmək mümkün olacaqdır. Bu gün Azərbaycanın birmənalı siyasəti - cəsarətli siyasət, xalqın iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək.

Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, "xalq", "millət" anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.

Son illərin təcrübəsi, eyni zamanda, müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir. Ancaq müstəqil Azərbaycan bu uğurlara nail ola bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək".

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ləğv oluna bilər
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətini qəbul edib
Təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili hansı faydalar verəcək?
Azərbaycanın neft ixracı azalıb
Azərbaycana 65 minə yaxın avtomobil idxal olunub
Milli Məclisin sədri NATO nümayəndə heyəti ilə görüşüb (FOTO)
Azərbaycanın xarici ticarət dövriyyəsi 25 faizə yaxın artıb
Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq - Nazir müavini
Gürcüstanda teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Balın tərkibini və keyfiyyətini necə müəyyənləşdirmək olar?
Tərtərdəki güllələnmə hadisəsi ilə bağlı cinayət işi açıldı (ƏLAVƏ OLUNUB)
Ukrayna Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası üçün bütün imkanlara malikdir - Ali Radanın deputatı
Xətaidə ağacların qurumasının səbəbi araşdırılır
Ceyhun Bayramov BQXK-ın vitse-prezidenti ilə görüşüb (FOTO)
Əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 245 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Mingəçevir Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib (FOTO)
ADA Universitetində Tələbə Klublarının ilk sərgisi keçirilib (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim keçirilir (VİDEO)
Fəxrəddin Altun Azərbaycanı təbrik edib (FOTO)
Rasim Quliyevin işi üzrə icra başçısı dindirilib
Xudafərin körpüsünün azad edilməsi tarixi əhəmiyyət daşıyır - Hərbi ekspert
AQTA “Nəlbəki” restoranında pozuntu aşkarlayıb
Toya gedən koronavirus xəstəsi saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda əməliyyat: 23 nəfər saxlanıldı, 34 kiloqramdan artıq narkotik aşkarlandı
Ukrayna şirkətləri Ağdam şəhərinin bərpasında iştirak edə bilər - Ukraynalı deputat
Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Aİ bir milyard dozadan çox koronavirus vaksini ixrac edib
İsrail və Azərbaycan regionda ümumi maraqları olan yaxşı tərəfdaş və müttəfiqdir - Sabiq vitse-spiker
Azərbaycanda bu işçilərin maaşı artıb
Meyxanaçı Cavid Sumqayıtlının həbs səbəbi məlum oldu - RƏSMİ
Fransa səfiri Azərbaycan Müstəqilliyinin Bərpa Olunması Günü ilə bağlı bəyanat yayıb
Bitkoinin qiyməti 62 min dolları ötüb
BDU-da da koronavirusa yoluxma halı qeydə alınıb
Xəzərdə zəlzələ olub
Lökbatan qəsəbəsində şəhid Şaiq Kəlbiyevin anım mərasimi keçirilib (FOTO)
Ombudsman Vətən müharibəsinə dair hesabatın təqdimatı ilə bağlı Türkiyəyə səfərə gedib
Azərbaycanla Qətər arasında Komissiya iclasının Protokolu imzalanıb
Cinsi təcavüzlə bağlı cinayət işi İstintaq idarəsinə həvalə edilib
18 Oktyabrın Dövlət Müstəqilliyinin Bərpası Günü adlandırılması tarixi ədalətə tam uyğundur - Deputat
Bərdədə törədilən qətlin istintaqı yekunlaşıb
ABŞ-ın sabiq dövlət katibi koronavirusdan vəfat edib
Tarixi Xudafərin körpüsündən FOTOREPORTAJ
Rusiya NATO-dakı nümayəndəliyinin işini dayandırır - Lavrov
Universitetdə Müstəqilliyin bərpası günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib (FOTO)
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlir
Sökülən evlərə və obyektlərə təzminat necə hesablanır?
ÄSTHETIK LAB saç tökülməsi problemindən qurtulmanıza kömək edəcək
İranda daha 181 nəfər koronavirusdan ölüb
Ermənistanın dirçəlməsi, inkişafı qonşuları, xüsusilə Azərbaycan ilə sülh şəraitində yaşamasından asılıdır - Deputat
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
Nazirlikdən tikinti şirkətlərinə XƏBƏRDARLIQ
Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib (FOTO)
İsmayıllı meşəsində qanunsuz ağac kəsilib
Azərbaycan Dillər Universitetində “Çunyan” Çin bayramı qeyd olunub
Bölgədə sülhün təmin olunmasında dəstək göstərməyə hazırıq - NATO
“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 19-a çatıb
Texniki Universitetdə bir neçə qrup koronavirusa görə distant təhsilə keçib
Azərbaycan Avtomobil Federasiyası “Time Attack” yarışı təşkil edib (FOTO)
Vilyam Hacıyevin səhhəti il bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil - Nazirlik
Bakıda şadlıq sarayının rəhbəri cəzalandırılıb
Azərbaycan qaz ixracını 30 faizdən çox artırıb
Xudafərin və ətraf ərazilər bir nəfər də itki vermədən azad edilib - Əməliyyat iştirakçıları (FOTO/VİDEO)
Rusiyada koronavirusa yoluxanların sayı 8 milyonu ötüb
ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib
Zərərli proqrama yönləndirən məktub ala bilərsiniz - Kaspersky xəbərdarlıq edir
Məqsədimiz çox qısa müddətdə Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrini 15 milyard dollar səviyyəsinə çatdırmaqdır - Mahmut Asmalı (VİDEO)
Yaxın günlərdə maaş və pensiyaların artırılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq - Nazir
Yunanıstanda Pekin Qış Olimpiya Oyunlarının məşəli yandırılıb
Balakəndə karantini pozan toy sahibi cərimələnib (FOTO/VİDEO)
Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib - RƏSMİ
Kapital Bank 2021-ci ilin üçüncü rübünün nəticələrini elan edib
Xəzər rayonunda Vətən müharibəsi şəhidi Vüsal İsmayılzadənin doğum günü qeyd edilib (FOTO)
Prezident İlham Əliyev: Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur (VİDEO)
“Azərbaycan Sənaye Korporasiyası” Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib (FOTO)
Azərbaycan rəsmi Yerevan barəsində təxirəsalınmaz tədbirlərin tətbiq olunmasına çağırıb
Azərbaycanda əmək müqaviləsi ilə çalışan Türkiyə vətəndaşlarının sayı 4 mindən çoxdur - Nazir
Sabah Bakıda yağış yağacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun! (FOTO)
Mövlud Çavuşoğlu Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycan və Türkiyənin sosial sahədə əməkdaşlıq əlaqələri genişlənəcək (FOTO)
Ermənistan tərəfindən əməli addımlar müşahidə etmirik - Nazir
Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə iştirak edib
Prezident İlham Əliyev: Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı
Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb
Oktyabrın 18-də xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb - Səttar Möhbalıyev
PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib
Ermənistanın mina xəritələrini verməməsi bərpa işlərinə xüsusi əngəl törədir - Ceyhun Bayramov
Revanşist qüvvələrə tövsiyəmiz odur ki, yanlış yolla getməsinlər - Nazir
Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır, heç bir kredit götürmədən biz bu işləri görəcəyik
Prezident İlham Əliyev: Füzulidə kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq
Prezident İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul edib
Füzulidə işğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı salınacaq
Prezident İlham Əliyev Qətərin Baş nazirinin müavinini qəbul edib
Prezident İlham Əliyev: Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı
Prezident İlham Əliyev: Füzulinin azad olunması xəbərini çatdıranda bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik (TAM NİTQ)
Qətər şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb edilə bilər
Prezident İlham Əliyev: Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır
Bütün xəbərlər