...

Aleksandr Lukaşenko: Minsk-Bakı əməkdaşlığı səmərəli inkişaf edir

Siyasət Materials 21 Oktyabr 2013 17:56 (UTC +04:00)
Azərbaycan və Belarus arasında birgə hökumətlərarası komissiyanın yaradılmasından bir il ötür.
Aleksandr Lukaşenko: Minsk-Bakı əməkdaşlığı səmərəli inkişaf edir

Belarus, Minsk, 21 oktyabr /Trend/

Azərbaycan və Belarus arasında birgə hökumətlərarası komissiyanın yaradılmasından bir il ötür. Trend-in məlumatına görə, bunu bazar ertəsi Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-dən olan KİV rəhbərləri ilə görüşündə Trend-in MDB çərçivəsində iki ölkə arasında əməkdaşlığın perspektivləri haqqında sualını cavablandırarkən deyib.

A.Lukaşenkonun sözlərinə görə, belə format səmərəli işləyir, çünki ölkə liderləri işə nəzarət edirlər: "Əməkdaşlığın yeni istiqamətləri yarandıqca Belarus və Azərbaycanın əlaqələri qurulur. Minsk Bakı ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirir".

Prezident bildirib: "Biz yaxın gələcəkdə Bakıya səfərim zamanı enerji sahəsində və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Belarusun Azərbaycanla qapalı mövzuları yoxdur".

Belarus Prezidenti Azərbaycan xalqını oktyabrın 9-da keçirilmiş seçkilər, Prezident İlham Əliyevi isə qələbə münasibətilə təbrik edib.

Belarus Prezidenti A.Lukaşenko oktyabrın 21-də MDB ölkələrindən olan KİV rəhbərləri ilə görüşüb. Görüşdə Trend İnformasiya Agentliyinin Baş redaktoru Paşa Kəsəmənski də iştirak edib.

Görüş oktyabrın 25-də Minskdə MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində keçirilib. Bu tədbir Belarusun Birliyə sədrliyi çərçivəsində əsas tədbir olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti