...

MSK: Gürcüstanda seçkilər normal şəraitdə keçir

Siyasət Materials 27 Oktyabr 2013 09:35 (UTC +04:00)
Gürcüstanda prezident semkilərilə əlaqədar olaraq, bütün məntəqələr işinə başlayıb. Trend-in məlumatına görə, bunu Gürcüstan MSK-nın nümayəndəsi Eka Azaraşvili bildirib.
MSK: Gürcüstanda seçkilər normal şəraitdə keçir

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstanda prezident semkilərilə əlaqədar olaraq, bütün məntəqələr işinə başlayıb. Trend-in məlumatına görə, bunu Gürcüstan MSK-nın nümayəndəsi Eka Azaraşvili bildirib.

Onun sözlərinə görə, yüksək dağlıq ərazidə yerləşən iki məntəqə ilə əlaqə saxlamaq mümkün olmayıb. Həmçinin, bir neçə məntəqə texniki problemlərə görə, gec açılıb.

Artıq seçkilərdə Leyborist Partiyasından namizəd Şalva Natelaşvili səs verib və hər kəsi seçkilərə dəvət edib. O, eyni zamanda, qələbəsinə əmin olduğunu bildiribş

Qeyd edək ki, Gürcüstanda məntəqələr saat 08:00-da açılıb, 20:00-da bağlanacaq.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Gürcüstan ərazisində seçkilərdə iştirak edə biləcək seçicilərin sayı 3 537 719 milyon nəfər təşkil edir. Ölkədə 3 655 seçki məntəqəsi və 34 əlavə xüsusi məntəqə açılacaq.

Gürcüstandan kənarda 50 seçki məntəqəsi fəaliyyət göstərəcək. Burada xidməti işləri üzrə xaricdə yaşayan və olan Gürcüstanın 48 458 vətəndaşı səs verə biləcək.

Prezidentliyə namizədlər qismində 23 nəfər rəsmən qeydə alınıb. Prezidentliyə namizədlər qismində - "Gürcü arzusu" hakim koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadze, keçmiş hakim partiya olan Vahid Milli Hərəkatın namizədi David Bakradze və digərləridir.

Xəbər lenti

Xəbər lenti