...

Exit-poll "İmedi": Seçkilərdə Giorgi Marqvelaşvili liderlik edir

Siyasət Materials 27 Oktyabr 2013 20:30 (UTC +04:00)
"İmedi" telekanalının sifarişilə ACT şirkətinin keçirdiyi exit-pollun nəticələrinə görə, hakim "Gürcü arzusu" partiyasının namizədi Giorgi Marqvelaşvili əminliklə liderlik edir. Trend-in məlumatına görə, Giorgi Marqvelaşvili səslərin 68 faizini əldə edib.
Exit-poll "İmedi": Seçkilərdə Giorgi Marqvelaşvili liderlik edir

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N. Kirtsxaliya/

"İmedi" telekanalının sifarişilə ACT şirkətinin keçirdiyi exit-pollun nəticələrinə görə, hakim "Gürcü arzusu" partiyasının namizədi Giorgi Marqvelaşvili əminliklə liderlik edir. Trend-in məlumatına görə, Giorgi Marqvelaşvili səslərin 68 faizini əldə edib.

İkinci yerdə 17.1 faizlə "Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradzedir. Onu 9.9 faiz səslə Nino Burcanadze izləyir.

Leyboristlərin lideri Şalva Natelaşvili 2.2 faiz, Giorgi Tarqamadze isə 1 faiz səs alıb.

Digər 18 namizəd isə 1 faiz səsi bölüşürlər.

Xəbər lenti

Xəbər lenti