...

İran və Ermənistan arasında parlamentlərarası münasibətlərin inkişafı müzakirə olunacaq

Siyasət Materials 28 Oktyabr 2013 12:43 (UTC +04:00)
Ermənistan Parlamentinin nümayəndələri şənbə günü İrana səfər edəcək. Bunu İran Parlamentinin spikerinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxul-islam deyib.
İran və Ermənistan arasında parlamentlərarası münasibətlərin inkişafı müzakirə olunacaq

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T.Cəfərov/

Ermənistan Parlamentinin nümayəndələri şənbə günü İrana səfər edəcəklər. Bunu İran Parlamentinin spikerinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxul-islam deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.

Onun sözlərinə görə, üçgünlük səfər zamanı ermənistanlı parlamentarilər İran Parlamentinin spikeri Əli Laricani, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaiddin Bürucerdi və İran-Ermənistan parlamentlərarası dostluq qrupunun sədri Əli Kaidi ilə görüşlər keçirəcəklər. Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və parlamentlərarası münasibətlərin artırılması kimi məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti