...

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Oktyabr 2013 18:46 (UTC +04:00)
Maldiv Respublikasının Prezidenti Məhəmməd Vahid Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Maldiv Respublikasının Prezidenti Məhəmməd Vahid Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Maldiv hökumətinin və xalqının adından, şəxsən öz adımdan ən səmimi arzularımı və təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Seçkilərdə inamlı qələbəniz ötən 10 ildə uğurlu fəaliyyətinizin sübutu və Azərbaycan xalqının Sizin liderliyinizə olan inamının göstəricisidir. Azərbaycanın Sizin rəhbərliyinizlə yeni dövrə qədəm qoymasından olduqca məmnunuq və şübhəsiz ki, bu, bütün beynəlxalq ictimaiyyətin mənafeyinə xidmət edəcəkdir.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri növbəti illərdə də möhkəmlənəcəkdir. İcazə verin, Sizə cansağlığı və rifah, Azərbaycan xalqına isə davamlı inkişaf və çiçəklənmə arzu edim".

XXX

ABŞ-ın Viskonsin ştatının dövlət katibi Duq La Folettdən:

"Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə üçüncü dəfə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm.

Mən Azərbaycanı ziyarət etmək şərəfinə nail olmuşam və bundan çox məmnunam.

Ölkəmin Azərbaycan ilə əlaqələri qarşılıqlı məqsədlərə və strategiyalara əsaslanır. Azərbaycanın regional təhlükəsizlik və sabitliyin təmin edilməsindəki mühüm rolunu yüksək dəyərləndirirəm.

Növbəti qələbənizin xəbəri çox sevindiricidir. Əminəm ki, növbəti dövrdə də prezidentliyiniz uğurlu və bəhrəli olacaqdır".

XXX

Koreya Respublikasının Prezidenti Pak Kın Hedən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin əsası qoyulandan bəri Koreya Respublikası ilə Azərbaycan Respublikasının dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulamaqdan məmnunam.

Əminəm ki, qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri Sizin hakimiyyətdə olduğunuz dövrdə daha da güclənəcəkdir.

Zati-aliləri, xahiş edirəm, Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına isə davamlı çiçəklənmə və inkişaf arzumu qəbul edin".

XXX

Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, professor İqor Burqanovdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Sizin bu qələbəniz bütün xalq üçün seçdiyiniz düzgün yolun parlaq sübutudur. Hazırda Azərbaycan mədəniyyəti fəal inkişaf edir. Bu il Bakı şəhərindəki Xalça muzeyində mənim fərdi sərgimə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Respublikanıza firavanlıq diləyirəm".

XXX

Beynəlxalq Güləş Federasiyasının (FİLA) Büro üzvü Rafael Martinettidən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz məni çox sevindirdi. Mən Azərbaycana həmişə dostluq münasibəti bəsləmiş, uğurlarınızdan heyranlıq hissi duymuşam.

Vətəndaşlarınızın ölkənizi müasirləşdirmək və onun gələcək inkişafını təmin etmək istiqamətində möhtəşəm səylərinizi yüksək dəyərləndirdiyinə şadam. Mən bir neçə müsahibəmdə Azərbaycanın idman, mədəniyyət, iqtisadiyyat, cəmiyyət və şəhərsalma sahələrində böyük nailiyyətlər əldə etmiş ölkə olduğunu vurğulamışam. Bütün bu tərəqqi prosesləri Sizin fəaliyyətinizin bəhrələridir. Əminəm ki, gələcək illərdə Siz daha parlaq layihələr həyata keçirəcəksiniz.

Sizə bir daha təbriklərimi çatdırıram".

XXX

İspaniyanın Kralı Xuan Karlosdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə İspaniya hökumətinin və xalqının adından səmimi təbriklərimi çatdırmaq istərdim.

Cənab Prezident, eyni zamanda, Azərbaycan xalqının inkişafını və ölkələrimiz arasındakı dostluğun daha da güclənməsini arzu edirəm".

XXX

Beynəlxalq Boks Assosiasiyasının prezidenti, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Çinq-Kuo Vudan:

"Çox uğurlu seçkilər nəticəsində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Beynəlxalq Boks Assosiasiyasının (AİBA) prezidenti və Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü kimi beynəlxalq boks ailəsi adından ən səmimi təbriklərimi çatdırıram.

Bu seçkilərin də nəticələri Azərbaycan vətəndaşlarının Sizə göstərdiyi ehtiramın təcəssümüdür.

Azərbaycanı bugünkü qüdrətli ölkəyə çevirmək üçün Siz səylə çalışmış, onu daha da gücləndirmisiniz. Siz 2003-cü ildə Prezident kimi fəaliyyətə başlayandan bəri Azərbaycan böyük inkişaf yolu keçmişdir.

Sizə ən səmimi arzularımı çatdırır, tezliklə Sizinlə görüşməyə ümid edirəm".

XXX

Ukrayna Ali Radasının deputatı, Xalq Artisti Taisiya Povalidən:

"Prezident seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin! Azərbaycan xalqı Sizə - bütün varlığı ilə Vətənə sadiq olan bir liderə səs verməklə öz müdrikliyini bir daha sübut etdi.

Zati-aliləri, Siz zəmanəmizin ən təcrübəli, nüfuzlu və uzaqgörən siyasi xadimlərindən birisiniz. Əminəm ki, Siz həm Azərbaycanın firavanlığı, həm də ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsi üçün hələ çox işlər görəcəksiniz. Məhz Sizin prezidentliyiniz dövründə Ukrayna-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf etmişdir. Bu inkişaf ölkələrimizin işıqlı və təhlükəsiz gələcəyinə təminat verir.

İcazə verin, Sizi seçkilərdəki qələbəniz münasibətilə bir daha təbrik edim. Siz həqiqətən müdrik və səmimi lidersiniz".

XXX

Həştərxan şəhərindəki Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirovadan:

"Həştərxan şəhərindəki Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin kollektivi, habelə valideynlər və şagirdlər adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik.

Əminik ki, Sizin müdrik rəhbərliyinizlə dost Azərbaycan və onun xalqı daha da inkişaf edəcəkdir.

İnanırıq ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Həştərxan vilayəti arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsi istiqamətində sosial əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsinə yönəlmiş fəaliyyətiniz davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi arzulayırıq".

XXX

"ASTRİUM" şirkətinin baş icraçı direktoru Fransua Okdan:

"İcazə verin, Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Əminəm ki, prezidentliyinizin yeni dövründə Azərbaycan ilə Fransa arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da güclənəcəkdir. Bu ilin aprelində Zati-alinizlə görüşmək şərəfinə nail olmuşam. Həmin görüşdə biz Sizinlə Avropa Uçuş şirkətlər qrupu ilə Azərbaycan arasında çoxsahəli fəaliyyətin perspektivlərini müzakirə etmiş və peyk ölkəsi olmaq məqsədi ilə kosmik sənayedə dünya lideri kimi tanınan bizim şirkətlə əməkdaşlıq etmək barədə Sizin düşüncələrinizi öyrənib çox şad olmuşduq.

Biz Azərbaycanın təhsil sistemi çərçivəsində ölkənin kosmik sahədə indiki və gələcək tələblərinin öhdəsindən gələ bilən azərbaycanlı mütəxəssislərə təlimlər keçməklə respublikanızın kosmik quruculuq potensialını araşdırmışıq.

Fürsətdən istifadə edərək, Azərbaycanın mənafeyi naminə alternativ texnologiyalar barədə təkliflərimizi təqdim etmək üçün Zati-alinizlə görüşmək arzumu Sizə bildirmək istəyirəm.
Ümidvaram ki, ən qısa müddətdə Sizinlə görüşəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti