...

Pakistan hökumətinin nümayəndə heyəti III Bakı Humanitar Forumunda iştirak edəcək

Siyasət Materials 30 Oktyabr 2013 13:23 (UTC +04:00)
Pakistan hökumətinin nümayəndə heyəti III Bakı Humanitar Forumunda iştirak edəcək.
Pakistan hökumətinin nümayəndə heyəti III Bakı Humanitar Forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 30 dekabr/Trend, müxbir S. Ağayeva/

Pakistan hökumətinin nümayəndə heyəti III Bakı Humanitar Forumunda iştirak edəcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.

Nümayəndə heyətinə Belucistan əyalətinin Baş naziri Əbdül Bəloc rəhbərlik edəcək.

Səfirin sözlərinə görə, nümayəndə heyətinin tərkibinə Pakistan Milli Assambleyasının üzvləri, ölkə parlamentinin keçmiş vitse-spikeri, bəzi universistetlərin rektorları, ictimai xadimlər daxil olacaq.

Forum oktyabrın 31-dən noyabrın 1-dək davam edəcək. Forumda 100-dən artıq ölkədən qonaqların iştirakı gözlənilir.

Forum çərçivəsində 8 istiqamət üzrə dəyirmi masalar təşkil olunacaq: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları", "XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti