...

İlham Əliyev Serbiyanın keçmiş Prezidenti Boris Tadiçi qəbul edib

Siyasət Materials 31 Oktyabr 2013 16:37 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul etmişdir.
İlham Əliyev Serbiyanın keçmiş Prezidenti Boris Tadiçi qəbul edib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul etmişdir.

Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiç yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun ölkələr və xalqlar arasında dialoqun genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Söhbət zamanı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti