...

Vyanada İranla "altılıq" arasında ekspertlər səviyyəsində keçirilən müzakirələr başa çatıb

Siyasət Materials 31 Oktyabr 2013 23:03 (UTC +04:00)
Vyanada İran və "altılıq" arasında ekspertlər səviyyəsində keçirilən ikigünlük danışıqlar cümə axşamı başa çatıb.
Vyanada İranla "altılıq" arasında ekspertlər səviyyəsində keçirilən müzakirələr başa çatıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Vyanada İran və "altılıq" arasında ekspertlər səviyyəsində keçirilən ikigünlük danışıqlar cümə axşamı başa çatıb. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Reyter agentliyi məlumat verir.

Agentliyin qeyd etdiyinə görə, görüş bağlı qapılar arxasında keçirilib, onun yekunları üzrə iştirakçılar şərh verməkdən çəkiniblər.

Ekspertlərin görüşü Vyanada oktyabrın 30 və 31-də keçirilib. Onun məqsədi noyabrın 7 və 8-də Cenevrədə İranla "altılıq" arasında planlaşdırılan danışıqların növbəti raundunun keçirilməsinin hazırlanması olub.

Xəbər lenti

Xəbər lenti