...

Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək

Siyasət Materials 2 Noyabr 2013 21:16 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2014-cü ilin yanvar ayında İrana səfər edəcək.
Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir T.Cəfərov/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2014-cü ilin yanvar ayında İrana səfər edəcək. Trend-in İran KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

M.C.Zərif öz "facebook" səhifəsində Ankarada R.T.Ərdoğanla görüşünün müsbət ab-havada keçdiyini bildirib:

"Görüş zamanı Baş nazirin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə yanvar ayında İrana səfəri ilə bağlı razılıq əldə olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti