...

Con Kerrinin Mahmud Abbasla görüşündə gərginlik yaşanıb

Siyasət Materials 8 Noyabr 2013 09:39 (UTC +04:00)
İordaniyanın paytaxtı Əmmanda ABŞ xarici işlər naziri Con Kerri ilə Fələstin lideri Mahmud Abbas arasında keçirilən görüşdə gərginlik yaşandığı bildirilib.
Con Kerrinin Mahmud Abbasla görüşündə gərginlik yaşanıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

İordaniyanın paytaxtı Əmmanda ABŞ xarici işlər naziri Con Kerri ilə Fələstin lideri Mahmud Abbas arasında keçirilən görüşdə gərginlik yaşandığı bildirilib.

Trend-in Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Fələstinin Əmmandakı səfiri Atallah əl-Xeyrinin evində keçirilən görüşdə olan rəsmi şəxslərdən biri C.Kerrinin görüş başladıqdan 10 dəqiqə sonra hirsli şəkildə toplantını tərk etdiyini və səfirin evinin bağçasında oturduğunu deyib.

Rəsmi şəxs ABŞ dövlət katibinin bağçada bir neçə dəfə telefon danışığı apardıqdan sonra toplantıya qayıtdığını qeyd edib.

Görüşdə İsrail-Fələstin sülh danışıqlarının təməl prinsiplərinə zidd olan və Qüdsün zaman və məkan olaraq fələstinlilər və israillilər arasında bölünməsini nəzərdə tutan İsrail layihəsinin müzakirə edilıdiyini bildirən rəsmi şəxs Fələstin tərəfinin layihəyə qəzəbləndiyini və qarşı çıxdığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti