Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri dünya üçün önəmli faktora çevrilib

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri dünya üçün önəmli faktora çevrilib

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"Bu gün mənim həyatımda çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün mən qardaş Türkiyə Cümhuriyyətinin ali mükafatı ilə təltif olunuram. Bu, mənim üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir və mən sizi və bütün türk xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün var gücümlə çalışacağam". Trend-in Türkiyənin "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdullah Gül tərəfindən Türkiyənin "Dövlət nişanı" ilə təltif olunması mərasimində çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib ki, çalışacaq ki, bundan sonra da Türkiyə-Azərbaycan dostluğu, birliyi möhkəmlənsin, Azərbaycan və Türkiyənin bütün birgə layihələri icra edilsin və Türkiyə-Azərbaycan birliyi əbədi, sarsılmaz olsun: "Bu gün bir daha bu təltifi alarkən keçmişə nəzər salırıq, görürük ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada unikal əlaqələrdir. Bizi tarix birləşdirir, etnik köklər və ortaq mədəniyyət birləşdirir və eyni zamanda, siyasi, iqtisadi maraqlarımız birləşdirir".

Dövlət başçısı qeyd edib ki, dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur və heç də hər zaman bu xalqlar bir-biri ilə Azərbaycanla Türkiyə qədər yaxın olmurlar: "Bu gün bizim birliyimiz, müttəfiqliyimiz dərin tarixi köklər üzərində qurulub. Təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdə bizim müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olmuşdur. Və o gündən bu günə qədər bizim birliyimiz, dostluğumuz, qardaşlığımız davam edir və imkan verir ki, bizim xalqlarımız da bir-birinə qovuşsun, biz birlikdə xalqlarımız, dövlətlərimz üçün vacib olan məsələləri həll edək".

İlham Əliyevin sözlərinə görə, son on il ərzində Türkiyə-Azərbaycan əlaqələrinin daim yüksək səviyyədə olmasına çalışıb: "Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə, bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir və son illər ərzində bu müttəfiqlik yeni pilləyə qalxmışdır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ölkələrimiz üçün, bölgə üçün, dünya üçün önəmli faktora çevrilmişdir. Bizim birgə icra etdiyimiz siyasi, iqtisadi, enerji layihələri bizi daha sıx birləşdirir, bu birliyi əbədi, dönməz edir. Və əlbəttə, bizim birliyimiz bu gün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Regional əməkdaşlıq üçün Türkiyə-Azərbaycan birliyi başlıca şərtdir".

Azərbaycan Prezidenti bildirib ki, Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik, sabitlik üçün əsas amildir: "Və bu gün bir daha bu məsələlərə nəzər salarkən görürük ki, doğrudan da Türkiyə ilə Azərbaycan son illər ərzində böyük uğurlu yol keçmişdir. Bu gün Ankarada yenidən olarkən şəhərdə gedən inkişafı görürük və buna sizin qədər sevinirik. Mən son on il ərzində Türkiyədə dəfələrlə olmuşam. Bu, mənim 16-cı səfərimdir və üçüncü rəsmi səfərdir. Ancaq bir neçə ildir ki, Ankarada olmamışdım və bu gün Ankarada gedən inkişafı görərkən çox sevinirəm".

İlham Əliyev nitqində söyləyib ki, bu, Türkiyənin böyük uğuru, nailiyyətidir və Türkiyənin inkişafı Azərbaycanı gücləndirir: "Bu gün Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər özünü rahat hiss edəcək. Biz çox sevinirik ki, hətta böhranlı illərdə Türkiyə iqtisadi və siyasi sabitliyi möhkəmləndirə bilmişdir. Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir. Türkiyənin bütün təşəbbüsləri reallaşır və bu gün dünya miqyasında Türkiyə bir güc mərkəzidir. Və bütün bu işlərin həyata keçirilməsində mənim qardaşım, Prezident Abdullah Gülün xüsusi xidmətləri vardır. Sizin rəhbərliyinizlə ölkəniz inkişaf edir, artıq beynəlxalq gücə çevrilmişdir. Türkiyə dostlar üçün, tərəfdaşlar üçün çox cəlbedici ölkədir".

Azərbaycan Prezidenti vurğulayıb ki, Türkiyə ilə dostluq etmək istəyən ölkələrin sayı artmaqdadır, Türkiyənin beynəlxalq nüfuzu çox yüksək səviyyədədir: "Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur, ancaq ondan əvvəl Türkiyə bu təşkilata üzv olmuşdur və əminəm ki, yenidən Türkiyə BMT Təhlükəsizlik Şurasına üzv olacaqdır. Çünki dünya miqyasında Türkiyəyə olan hörmət günü-gündən artır. Biz əziz qardaşım, Prezident Abdullah Gül ilə Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif mərhələlərində birgə çalışmışıq, çiyin-çiyinə çalışmışıq, bərabər Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında itirak etmişik, Qarsda Bakı-Tbilisi-Qars dəmir yolunun təməlini bir yerdə qoymuşuq. Əminəm ki, belə birgə mərasimlər hələ çox olacaqdır, çünki bizim həyata keçirdiyimiz layihələrimiz gələcəyə yönəlib".

İlham Əliyev bildirib ki, elə edilməlidir ki, sonrakı nəsil də dostluq, birlik, qardaşlıq mühitində bir-biri ilə əlaqə saxlasın: "Bu gün qoyulan ənənələr, göstərilən istiqamətlər gələcək nəsilə də bir yol göstəricisidir. Çünki biz istəyirik ki, bizim birliyimiz əbədi, sarsılmaz, dönməz olsun və əminəm ki, biz buna nail olacağıq. Hər halda, son illərin tarixi belə deməyə əsas verir. Türkiyənin gələcək inkişafı nə Azərbaycanda, nə Türkiyədə şübhə doğurur. Bizim qardaş ölkəmiz yalnız və yalnız yüksələn xətt ilə inkişaf edəcək və ölkə qarşısında duran bütün vəzifələri icra edəcək. Mən bu fürsətdən istifadə edərək Azərbaycana daim göstərilən dəstəyə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan dövlət müstəqilliyini əldə edəndə Türkiyə bizə arxa, dayaq olmuşdur və bu gün bizim qarşılıqlı dəstəyimiz ölkələrimizi daha da birləşdirir, gücləndirir və bu gün Türkiyə-Azərbaycan işbirliyi, əməkdaşlığı müsbət meyillərin güclənməsinə təkan verir. İqtisadi, siyasi, enerji sahəsində bu birlik həlledici faktordur. Bugünkü mərasim və təltiflər böyük bir rəmzi məna daşıyır. Bu, bizim birliyimizin təntənəsidir. Dostluğumuzun, qardaşlığımızın təntənəsidir və bu möhkəm təməl üzərində bundan sonra da biz öz əlaqələrimizi quracağıq. Mən bir daha əziz qardaşım, Prezident Abdullah Gülə mənim səylərimi, fəaliyyətimi yüksək qiymətləndirdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm və bir daha Türkiyə və Azərbaycan xalqlarını əmin etmək istəyirəm ki, Türkiyə-Azərbaycan birliyi üçün bundan sonra da var gücümlə çalışacağam. Yaşasın Türkiyə, yaşasın Azərbaycan!"

Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Loading Bars
Xəbər lenti
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək
Abşeronda ikimərtəbəli ev yanıb
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını belə dağıdıb (FOTO)
"SOCAR Construction" Mozır neft emalı zavodundan işlərin icrası barədə
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)
“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb
Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib
Füzuli rayonunun Xələfşə kəndi (FOTO/VİDEO)
Polis ticarət obyektlərinə nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Qarabağın mövcud imkanları ilə regionda yeni inkişaf zonası yaranacaq - Könül Nurullayeva
Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur (FOTO)
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq
QHT-lərə elektron xidmətlərin göstərilməsi ilə bağlı fərmanda DƏYİŞİKLİK edildi
Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadılır
Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin
Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub
Goranboyda silah-sursat tapılıb (FOTO)
Şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir - Cəlil Xəlilov
Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə
Qənirə Paşayeva 70 illik yubileyi münasibəti ilə Kamal Abdullanı təbrik edib (FOTO)
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin
ASCO şəhid olan əməkdaşların ailə üzvlərinə hər ay 250 manat ödəyəcək
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına hazırdır - Səfir (FOTO)
Azərbaycanda 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
ABŞ-ın sabiq vitse-prezidenti evsiz qalıb
Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı - Burhanəddin Duran
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev
“Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır (FOTO)
Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi
Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır - Hikmət Hacıyev
Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur - Trend TV-nin REPORTAJI
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
Ötən il “ASAN Login” istifadəçilərinin sayı 1 milyon 741 min nəfər olub (FOTO)
Ombudsman Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu
Karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib
Dövlət Turizm Agentliyi hotellərə XƏBƏRDARLIQ etdi
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Azərbaycan Prezidenti: Düşmən Şuşada bir neçə villa tikdirib, villanın biri o xunta başçısına, biri isə rüşvətxor məmura məxsusdur
Prezident İlham Əliyev: Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik
İranda gün ərzində 91 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu
Azərbaycan Prezidenti: Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim
Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib
Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib. Ağ yalandır!
Prezident İlham Əliyev: O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, Şuşanı satan birinci o olmuşdur
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi nə qədər öz xalqından gizlətsə də, Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib
Azərbaycan Prezidenti: Əgər ermənilər Şuşanı öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar?
Azərbaycan XİN Fərman İsmayılovun nəşinin ölkəyə gətirilməsinə görə Türkiyəyə minnətdarlıq edib
Prezident İlham Əliyev: Şuşa erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi
Prezident İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Restorandan oğurluq edən gənclər saxlanılıb (FOTO)
Rusiyada hərbi hissənin damı çökdü - Yaralılar var
Siqaretlə bağlı aksiz dərəcəsi niyə artırılır? - Komitə sədrindən AÇIQLAMA
Pandemiya gənclərin internet asılılığını artırıb - Sorğu
Qusarda karantin qaydalarını pozan kafe aşkarlanıb
Cəlilabad sakinlərindən heroin və “beşbarmaq” götürülüb
" Yəşim - Çin daşların padşahıdır": Çin mədəniyyəti üzrə dərs
Sabah rayonlarda qar gözlənilir
Dünyada hər gün 3,5 milyon nəfər peyvəndlənir
Dövlət Komitəsinin strukturunda dəyişiklik - Bir neçə sektor ləğv edildi
Gəncədə ermənilərin dağıtdığı məktəblərdə tədris necə davam edəcək?
Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam
Qeyri-neft sektoru üzrə ötən il qeydə alınan vergi daxilolmaları ən yüksək göstəricidir - Nazir
Məktəblərdə dərslər iyunun 14-də başa çatacaq - Nazirlik
Britaniya şirkətləri Qarabağda yenidənqurma işlərinə qatılmaqda maraqlıdır - Səfir
“Azpetrol” şirkəti xeyriyyə tədbiri keçirib
“SOCAR Türkiyə Ar-Ge” ilə ODTÜ plastik tullantıları təkrar emal edəcək (FOTO)
Məktəblərdə bufet olmayacaq
Azərbaycanla Fransa arasında münasibətlərin inkişafı davam edəcək - Dövlət katibi
Nəticələrindən narazı qalan şagirdlər fevralda apelyasiya ilə məktəbə müraciət edə biləcəklər
Məktəblər açıdıqdan sonra 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa... - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda ətin və meyvə-tərəvəzin qiyməti ucuzlaşacaq - Proqnoz
Rusiyada son sutkada 600-ə yaxın şəxs koronavirusun qurbanı olub
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)
Bütün xəbərlər