Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupunun iclası keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin 21-22 noyabr tarixlərində Moskva şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 34-cü iclası keçiriləcək.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.