...

MDB müdafiə nazirləri 2014-cü ildə HHM sistemi üzrə birgə tədbirlər planını təsdiqləyiblər

Siyasət Materials 21 Noyabr 2013 15:31 (UTC +04:00)
MDB ölkələrinin müdafiə nazirləri cümə axşamı Moskvada keçirilən iclasda 2013-cü ildəki fəaliyyətə yekun vuraraq növbəti il üçün iş planını təsdiqləyiblər.
MDB müdafiə nazirləri 2014-cü ildə HHM sistemi üzrə birgə tədbirlər planını təsdiqləyiblər

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

MDB ölkələrinin müdafiə nazirləri cümə axşamı Moskvada keçirilən iclasda 2013-cü ildəki fəaliyyətə yekun vuraraq növbəti il üçün iş planını təsdiqləyiblər. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O deyib: "Hərbi təyinatlı birgə sistemlərin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət veririk".

S.Şoyqunun sözlərinə görə, iclas iştirakçıları 2014-cü ildə Birləşmiş Hava Hücumundan Müdafiə (HHM) sistemi üzrə birgə tədbirlər planını təsdiqləyiblər. Həmçinin, radiasiya, kimyəvi və bioloji vəziyyətin qiymətləndirilməsinə dair birləşmiş nəzarət sisteminin inkişafı və təkmilləşdirilməsi, "Parol" vahid dövlət radiolokasiya tanıma sistemi, aviasiya təhlükəsizliyi məsələləri üzrə informasiya mübadiləsi sistemləri, mühəndis qoşunları və hərbi meteoroloqların qarşılıqlı fəaliyyət mexanizmləri üzrə tədbirlər müəyyən edilib.

O bildirib ki, müdafiə nazirləri terrorçuluğa qarşı fəaliyyət sahəsində mütəxəssislərin hazırlığı və ixtisaslarının artırılması, MDB dövlətlərinin Müdafiə nazirliklərinin ən yüksək hərbi təlim müəssisələrinin kursantları arasında olimpiadanın keçirilməsi, 2014-cü ildə Müstəqil Dövlətlər Birliyinin dost ordularının XI Spartakiadası çərçivəsində idman növləri üzrə çempionatların keçirilməsi barədə qərar qəbul ediblər.

S.Şoyqu Azərbaycan, Ermənistan, Qazaxıstan və Qırğızıstanın hərbi müəssisələrinin rəhbərləri ilə ikitərəfli "məzmunlu və səmərəli görüşlər" keçirdiyi barədə məlumat verib. Onlarla hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir iclasın sonuna yaxın Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya xidmətinin sədri general-polkovnik Aleksandr Manilovu, MDB ölkələrinin Terrorçuluqla Mübarizə Mərkəzinin rəhbəri polis general-polkovniki Andrey Novikovu "Hərbi əməkdaşlığın möhkəmləndirilməsinə görə" nişanı ilə təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti