...

Elmar Məmmədyarov Yaponiyanın yeni səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 22 Noyabr 2013 18:00 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Tsuquo Takahaşini qəbul edib.
Elmar Məmmədyarov Yaponiyanın yeni səfiri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Tsuquo Takahaşini qəbul edib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Nazir T.Takahaşini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq, parlamentlərarası təmaslar və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub və iqtisadi əlaqələrin daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti