...

Azərbaycanın Böyük Britaniyadakı səfiri "The Independent"in iddialarına cavab verib

Siyasət Materials 23 Noyabr 2013 13:38 (UTC +04:00)
Azərbaycanın Böyük Britaniya və Fransadakı səfiri Fəxrəddin Qurbanov "The Independent" (Britaniya) nüfuzlu nəşrindəki açıq məktubunda nəşrin jurnalistinə "Baku World Challengе" tədbirini işıqlandırması üçün dəvətin verilməməsi ilə bağlı məqalədə irəli sürülən iddialara görə narahatlığını bildirib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri "The Independent"in iddialarına cavab verib

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın Böyük Britaniya və Fransadakı səfiri Fəxrəddin Qurbanov "The Independent" (Britaniya) nüfuzlu nəşrindəki açıq məktubunda nəşrin jurnalistinə "Baku World Challengе" tədbirini işıqlandırması üçün dəvətin verilməməsi ilə bağlı məqalədə irəli sürülən iddialara görə narahatlığını bildirib. Qeyd edək ki, həmin məqalə noyabrın 20-də dərc edilib.

Səfirin sözlərinə görə, Azərbaycan bütün xarici turistlər, o cümlədən jurnalistlər üçün açıq ölkədir: "Bununla belə, "Baku World Challengе" kimi tədbirlərin təşkilatçılarının jurnalistlərin dəvət edilməsi məsələsi üzrə öz siyasətləri var ki, buna da hörmətlə yanaşmaq lazımdır".

KİV və insan hüquqları məsələlərinə toxunan F. Qurbanov qeyd edib ki, Azərbaycanın strateji seçimi ölkədə yetkin demokratiya qurmaqdır: "Biz bəzi Avropa institutlarının, o cümlədən də Avropa Şurası və ATƏT-in üzvüyük, eləcə də Avropa İttifaqının güclü tərəfdaşıyıq. Fəaliyyətimizin əsas istiqamətlərindən biri demokratiya və insan hüquqlarının möhkəmləndirilməsidir".

Səfirin sözlərinə görə, Bakı konstruktiv və faydalı tənqidi alqışlayır, lakin Azərbaycanın demokratiya yolunda əldə etdiyi tərəqqini, eyni zamanda ölkənin son nailiyyətlərini diqqətə almaq lazımdır.

F.Qurbanov yazır ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı üzvünə çevrilib: "Və hökumət ölkədə demokratik standartların möhkəmləndirilməsi işinə sadiqliyini qoruyur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti