Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İzzət/
"ATƏT-in Bakı Ofisinin statusu dəyişdiriləcək. 2014-cü il yanvarın 1-dən etibarən Ofis layihə-koordinator statusu altında fəaliyyət göstəcək". Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay bildirib.
Onun sözlərinə görə, bu barədə qərar bu il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib: "Bununla bağlı ATƏT-in Vyanadakı katibliyi ilə Azərbaycan arasında müzakirələr aparılır. Müzakirələr hələ başa çatmayıb".