Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir T.Cəfərov/
Noyabrın 27-də İranın Bakıdakı səfirliyində Tehranın Beyrutdakı səfirliyinin qarşısında törədilmiş terror aktı zamanı həlak olmuş şəxslərin anılması məqsədi ilə "xatirə kitabı" qoyulacaq. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi deyib.
M.Ayətullahinin sözlərinə görə, "xatirə kitabı" səfirliyin B.Sərdarov küç. 4-də yerləşən (Səbail rayonu) binasında saat 10:00-dan 17:00-dək qoyulacaq.
M.Ayətullahi bildirib ki, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri, Azərbaycanın dövlət rəsmiləri, jurnalistlər və sakinlər "xatirə kitabı"na öz ürək sözlərini yaza bilərlər.
Qeyd edək ki, noyabrın 19-da İranın Livandakı səfirliyinə terror hücumu edilmişdi. Hadisə nəticəsində 23 nəfər həlak olmuşdu. Onlar arasında İranın Beyrtudakı səfirin mədəniyyət müşaviri İbrahim Ənsari və diplomatlardan birinin həyat yoldaşı da var. Hadisə nəticəsində 150 nəfər yaralanmışdı.