...

Möhsün Pakayin: Həsən Ruhaninin Azərbaycana səfərinin dəqiq tarixi hələlik bilinmir

Siyasət Materials 27 Noyabr 2013 12:58 (UTC +04:00)
"İran Prezidenti Həsən Ruhaninin xarici siyasətinin əsas prinsipi qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və yaxşılaşdırılmasıdır".
Möhsün Pakayin: Həsən Ruhaninin Azərbaycana səfərinin dəqiq tarixi hələlik bilinmir

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir T.Cəfərov/

"İran Prezidenti Həsən Ruhaninin xarici siyasətinin əsas prinsipi qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və yaxşılaşdırılmasıdır". Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün keçirdiyi mətbuat konfransında Həsən Ruhaninin qonşu ölkələrlə, xüsusi ilə Azərbaycanla bağlı siyasətini şərh edərkən bildirib.

M.Pakayin deyib ki, qonşular arasında İranın ən çox oxşarlığı Azərbaycanladır: "Ölkələrimiz arasında dostluğumuz daimidir. Zənnimcə, H.Ruhaninin prezidentliyi dövründə də iki ölkənin əlaqələri daha da inkişaf edəcək".

H.Ruhaninin Azərbaycana səfərinin mümkünlüyü barədə danışan M.Pakayin deyib ki, İran Prezidenti yəqin ki, bütün dost ölkələrə səfər edəcək, lakin Azərbaycana səfərin dəqiq tarixi hələlik bilinmir.

O əlavə edib ki, H.Ruhani 20 ildən çoxdur ki, Ali Təhlükəsizlik Şurasının üzvü olub və qonşu ölkələri çox yaxşı tanıyır, eləcə də ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda səfərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti