...

KİV: Aİ Ermənistandan korrupsiya ilə ciddi şəkildə mübarizə aparmağı tələb etməlidir

Siyasət Materials 28 Noyabr 2013 12:16 (UTC +04:00)
Avropa İttifaqı və Ermənistan arasında əməkdaşlığın yeni formatı Ermənistandan korrupsiya ilə ciddi şəkildə mübarizə aparmağı tələb edir.
KİV: Aİ Ermənistandan korrupsiya ilə ciddi şəkildə mübarizə aparmağı tələb etməlidir

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir S.Əhmədova/

Avropa İttifaqı və Ermənistan arasında əməkdaşlığın yeni formatı Ermənistandan korrupsiya ilə ciddi şəkildə mübarizə aparmağı tələb edir. Trend-in məlumatına görə, bu barədə "PR Newswire" saytında dərc olunan məqalədə qeyd olunur.

Məqalədə qeyd edilir ki, Aİ-nin Şərq Tərəfdaşlığı üzrə Vilnüs sammiti öncəsi elə bir təəsürat yaranıb ki, sanki Aİ Şərq tərəfdaşları ilə əlaqələri gücləndirmək üçün böyük bir imkanı itirib: "Buna Ermənistan və Ukraynadakı vəziyyət misal ola bilər. Belə ki, Ermənistan Prezidenti Serj Sarkisyan bəyan etmişdi ki, ölkəsi Gömrük ittifaqına qoşulacaq və buna görə də Aİ ilə assosiasiya sazişinə dair danışıqlar masadan qaldırılmışdı".

Məqalədə vurğulanır ki, dərinləşdirilmiş hərtərəfli azad ticarət zonasının (DCFTA) yaradılmasına dair sazişdən kənar iqtisadi əməkdaşlıq üçün hələ də bir çox maneələr qalmaqdadır. Bu manelərdən biri Ermənistan hökümətində korrupsiyasının səviyyəsidir.

Məqalədə qeyd olunur ki, Vaşinqtonda erməni diasporunun məşhur beyin mərkəzi "Ermənistan Siyasət Forumu" (Policy Forum Armenia) bu yaxınlarda "Ermənistanda korrupsiya" adlı hesabat dərc edib. Hesabata görə, ölkədə vəziyyət narahatlıq doğurur: "Korrupsiya Ermənistan iqtisadiyyatını məhv olma təhlükəsi altında qoyur və bu, Qafqaz respublikasında ən böyük problemlərdən biri olaraq qalır".

Massaçusets Texnologiyalar İnstitutunun iqtisadiyyat üzrə professoru Daron Acemoğlu qeyd edib: "Bəziləri deyir ki, Ermənistanın iqtisadiyyatı onun coğrafi mövqeyinə görə uğursuzluğa məhkumdur. Lakin əsas korrupsiya, amansız siyasətçilər və zəif institutlar günahlandırılmalıdır".

Məqalədə vurğulanır ki, "Ermənistan Siyasət Forumu" İdarə Heyətinin üzvü Zaven Kalayjian hökumət elitasının ictimai rəydə maraqlı olmamasını əsas problem kimi görür. Onun sözlərinə görə, Ermənistanda korrupsiya ölkənin hakim rejiminin yuxarı qatlarının marağına cavab verir.

Z.Kalayjian bildirib ki, siyasi qərarlar Ermənistan vətəndaşlarının xeyrinə deyil, korrupsiya elitasının xeyrinə verilir.

Məqalədə vurğulanır ki, xüsusilə də Ermənistanda islahat çatışmazlıqları baxımından Avrasiya Gömrük ittifaqına qoşulmaq qərarı ölkənin Aİ ilə sıx iqtisadi əlaqələri inkişaf etdirmək istəyini və potensialını sual altında qoyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti