...

Aİ Ukraynaya qarşı sanksiya tətbiq etməyi nəzərdə tutmur

Siyasət Materials 2 Dekabr 2013 16:21 (UTC +04:00)
Avropa İttifaqı Ukraynadakı etirazlarla və hakimiyyətin buna reaksiyası ilə bağlı bu ölkə barəsində mümkün sanksiyaların tətbiqini müzakirə etmir.
Aİ Ukraynaya qarşı sanksiya tətbiq etməyi nəzərdə tutmur

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Avropa İttifaqı Ukraynadakı etirazlarla və hakimiyyətin buna reaksiyası ilə bağlı bu ölkə barəsində mümkün sanksiyaların tətbiqini müzakirə etmir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Mayya Kosyançiç bəyan edib.

MKosyançiç hansısa sanksiyaların tətbiqinin mümkünlüyü ilə bağlı suala cavab verərkən deyib: "Sanksiyalara gəldikdə, indi bu müzakirə edilmir".

O qeyd edib ki, Aİ Ukraynada münaqişə tərəflərini təmkinli olmağa çağırır:

"Biz sərbəst toplaşma azadlığı, söz azadlığı, azad və açıq KİV kimi təməl prinsipləri dəstəkləyirik. Lakin prosesin həm də dinc olması vacibdir. Biz Ukrayna cəmiyyətində bütün tərəfləri ziddiyyətləri dinc yolla həll etməyə, məsələləri müzakirə etməyə və qarşılıqlı sərfəli razılığa gəlməyə çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti