...

Ketrin Eşton: Ukrayna assosiasiya üçün təkcə xarici köməyə arxalanmamalıdır

Siyasət Materials 12 Dekabr 2013 16:13 (UTC +04:00)
Ukrayna iqtisadi çətinliklərin öhdəsindən gəlmək və Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında sazişin imzalanmasına hazırlıq üçün yalnız xarici köməyə arxalanmamalıdır.
Ketrin Eşton: Ukrayna assosiasiya üçün təkcə xarici köməyə arxalanmamalıdır

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Ukrayna iqtisadi çətinliklərin öhdəsindən gəlmək və Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında sazişin imzalanmasına hazırlıq üçün yalnız xarici köməyə arxalanmamalıdır.

Trend-in "Ukrinform"a istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Brüsseldə Aİ-nin İnkişaf məsələləri üzrə Şurasının iclası ərəfəsində deyib.

Onun sözlərinə görə, bu real iqtisadi çətinliklər təkcə Avropa institutları tərəfindən dəstək vermək yolu ilə deyil, həm də Viktor Yanukoviçin assosiasiya haqqında sazişin imzalanması üçün ciddi iqtisadi planı olması ilə həll edilə bilər.

K.Eşton əlavə edib ki, Ukrayna Prezidenti Viktor Yanukoviç ölkənin qısamüddətli perspektivdə üzləşə biləcəyi mürəkkəb iqtisadi vəziyyət barədə məlumat verib: "Prezident sazişi imzalamaq niyyətinin ciddiliyini büruzə verdi".

Qeyd edək ki, bu gün Ukrayna Baş nazirinin müavini Sergey Arbuzovun başçılıq etdiyi nümayəndə heyəti Brüsseldədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti