...

Elçin Quliyevin yeni müavini təyin olunub

Siyasət Materials 20 Dekabr 2013 16:27 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti (DSX) rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisinin boş qalmış yerinə təyinat olub.
Elçin Quliyevin yeni müavini təyin olunub

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İzzət/

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisinin boş qalmış yerinə təyinat olub.

Xidmətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DSX rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə general-mayor Azad Ələkbərov təyin edilib.

Qeyd edək ki, Azad Ələkbərov bundan əvvəl DSX Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi olub.

DSX Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi vəzifəsinə isə Göytəpə Sərhəd Dəstəsinin komandiri, polkovnik Zəki Cəlilov təyin olunub.

Xatırladaq ki, Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə keçmiş müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyev noyabrın 22-də ürək tutmasından iş yerindəcə vəfat etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti