Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir T.Cəfərov/
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun İrana səfəri gözlənilir. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin müavini Abbas Əraqçi deyib.
A.Əraqçi bildirib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif xanım K.Eştonu İrana səfərə dəvət edib: "O, istədiyi vaxt İrana səfər edə bilər".