...

İran, Rusiya və Suriyanın XİN rəhbərlərinin görüşü keçiriləcək

Siyasət Materials 15 Yanvar 2014 11:03 (UTC +04:00)
Moskvada İran, Rusiya və Suriyanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Tasnimnews xəbər saytı məlumat verir.
İran, Rusiya və Suriyanın XİN rəhbərlərinin görüşü keçiriləcək

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir T.Cəfərov/

Moskvada İran, Rusiya və Suriyanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Tasnimnews xəbər saytı məlumat verir.

Məlumata əsasən, hazırda Suriyada səfərdə olan İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif cümə axşamı (yanvarın 16-da) Suriyalı həmkarı Vəlid Əl-Müəllimlə birlikdə Moskvaya səfər edəcək.

Üçtərəfli görüşdə "Cenevrə 2" konfransında üç ölkənin mövqeyinin yaxınlaşdırılması ilə bağlı müzakirələr aparılacaq.

İran Suriya ilə bağlı Cenevrədə keçiriləck konfransa dəvət olunmayıb.

İran və Rusiya Yaxın Şərqdə Suriyanı dəstəkləyən iki önəmli ölkələrdəndir.

M.C.Zərif səfər zamanı, həmçinin rusiyalı həmkarı Sergey Lavrov və Prezident Vladimir Putinlə görüşəcək.

Suriya üzrə "Cenevrə 2" konfransı yanvarın 22-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti