Azərbaycan, Bakı, 20 yanvar /Trend/
Avropa İttifaqı (Aİ) İrana qarşı tətbiq olan bir sıra sanksiyaları dayandırır. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu bəyanatla bu gün Brüsseldə Aİ-nin 28 ölkəsinin xarici işlər nazirləri çıxış ediblər.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton jurnalistlərə deyib: "Bu sanksiyaların dayandırılması bu gün qüvvəyə minəcək".
Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi K.Eştona məlumat vermişdi ki, İran uranın 20 faizədək zənginləşdirilməsi proqramını dayandırır.