...

Xaricdəki Türkiyə vətəndaşları bələdiyyə seçkilərində iştirak edə biləcəklər

Siyasət Materials 11 Fevral 2014 16:01 (UTC +04:00)
Xaricdə olan Türkiyə vətəndaşları bələdiyyə seçkilərində iştirak edə biləcəklər.
Xaricdəki Türkiyə vətəndaşları bələdiyyə seçkilərində iştirak edə biləcəklər

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir R.Hafizoğlu/

Xaricdə olan Türkiyə vətəndaşları bələdiyyə seçkilərində iştirak edə biləcəklər. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının növbəti yığıncağında deyib.

Onun sözlərinə görə, xaricdəki Türkiyə vətəndaşları olduqları ölkələrdəki səfirlik və konsulluqlarda səs verə biləcəklər: "Hazırda Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq işləri aparılır".

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti