...

ABŞ-ın Azərbaycandakı səfirliyi "casus siyahısı" ilə bağlı bəyanat verdi

Siyasət Materials 18 Fevral 2014 17:22 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Xədicə İsmayılovanın ABŞ tədqiqatçılarına hesabat hazırlaması barədə iddialarla bağlı bəyanat yayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyi "casus siyahısı" ilə bağlı bəyanat verdi

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Xədicə İsmayılovanın ABŞ tədqiqatçılarına hesabat hazırlaması barədə iddialarla bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda bildirilir ki, ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyatdır.

Bəyanatda qeyd olunur ki, ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər: "Konqres nümayəndələri ABŞ-ın qanunvericilik orqanına Azərbaycan və regiona dair daha ətraflı məlumat vermək məqsədilə səfərlər edirlər".

Qeyd edək ki, X.İsmayılovanın ABŞ tədqiqatçılarına hesabat hazırlaması barədə məlumat yayılıb. Hesabatda Azərbaycanın müxalifət düşərgəsində bir sıra siyasətçilərin, jurnalistlərin, ictimai fəalların hakimiyyət tərəfindən idarə olunduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti