...

Ketrin Eşton Timoşenko ilə danışıqlar aparıb

Siyasət Materials 25 Fevral 2014 15:50 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Kiyevdə Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko ilə danışıqlar aparıb.
Ketrin Eşton Timoşenko ilə danışıqlar aparıb

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Kiyevdə Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko ilə danışıqlar aparıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Aİ diplomatiyası başçısının mətbuat katibi Maya Kosyançiç deyib.

O, qeyd edib ki, K.Eşton bu gün səhər saatlarında Y.Timoşenko ilə görüşüb.

K.Eşton səfərinə Kyevdə qarşıdurmalar zamanı ölənlərin xatirəsinə gül dəstələri qoymaqla başlayıb. Sonra o, Ali Radanın spikeri Aleksandr Turçinov, partiya liderləri və digər rəsmi şəxslərlə görüşüb.

Görüşlərdə əsas müzakirə mövzusu Ukraynaya beynəlxalq maliyyə yardımının ayrılması imkanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti