...

Kanada Rusiyanın bəzi rəsmi şəxslərinə qarşı viza sanksiyaları tətbiq edir

Siyasət Materials 8 Mart 2014 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend/

Kanada Ukraynadakı hadisələrlə bağlı Rusiyanın bəzi rəsmi şəxslərinə qarşı viza sanksiyaları tətbiq edir. Bunu Kanadanın Baş naziri Stiven Harper bəyan edib. Trend-in məlumatına görə, xəbəri şənbə günü UNİAN agentliyi "Beşinci kanal"a istinadən yayıb.

Kanada hökuməti Rusiyaya təzyiqlərin gücləndirilməsi məqsədilə əlavə addımlar atır. S.Harperin sözlərinə görə, giriş vizalarının verilməsi o şəxslər üçün tətbiq edilir ki, onların fəaliyyəti Ukraynanın ərazi bütövlüyünü və suverenliyini təhdid edir.

Baş nazir sanksiyaların konkret olaraq kimlərə qarşı tətbiq edildiyini açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti