...

Eşton: İranın nüvə proqramı üzrə yekun sazişin imzalanacağına heç bir zəmanət yoxdur

Siyasət Materials 9 Mart 2014 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend/

İranla nüvə proqramı üzrə danışıqların hərtərəfli razılaşmaya gətirib çıxaracağına heç bir zəmanət yoxdur. Trend-in IRINN TV-yə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, İran və "altılıq" (beynəlxalq vasitəçilər) arasında müvəqqəti razılaşma olduqca vacibdir: "Yekun hərtərəfli sazişin imzalanması isə daha vacibdir, lakin buna nail olmaq çətindir və uğur qazanacağımıza heç bir zəmanət yoxdur".

Xatırladaq ki, 2013-cü ilin noyabrında Tehran və "altılıq" ölkəyə qarşı sanksiya rejiminin yüngülləşdirilməsi müqabilində İranın nüvə fəaliyyətinin qismən dayandırılması barədə razılığa gəliblər. Sazişin icrasına tərəflər yanvarın 20-də başlayıblar. Tərəflərin İranın nüvə proqramı üzrə hərtərəfli sazişin müzakirəsinə başlayacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti