...

Türkiyədə daha bir general azadlığa buraxıldı

Siyasət Materials 11 Mart 2014 22:26 (UTC +04:00)
Türkiyədə dövlət çevrilişinə hazırlıqla bağlı iş üzrə həbs edilən general Vəli Küçük azadlığa buraxılıb.
Türkiyədə daha bir general azadlığa buraxıldı

Azərbaycan, Bakı, 11 mart /Trend/

Türkiyədə dövlət çevrilişinə hazırlıqla bağlı iş üzrə həbs edilən general Vəli Küçük azadlığa buraxılıb. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

V.Küçükün barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı tələbi ötən gün rədd edilmişdi.

3 saylı İstanbul Ağır Cinayətlər Məhkəməsi, həmçinin Levent Ersöz, Fuat Selvi ve Serdar Öztürkün azad edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu gün həbsdə olan generallar Mehmet Eroz, Tuncer Kılınc və Xurşid Tolon da məhkəmənin qərarı ilə azadlığa buraxılıblar.

Martın 10-da İstanbul məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan 13 məhkumu azadlığa buraxmışdı. Onlar arasında vəkil Kamal Kerinçsiz, jurnalist Tuncay Özkan, hərbçilər, yazıçı və publisistlər də var.

Xatırladaq ki, martın 7-də hərbi çevrilişlə bağlı cinayət işi üzrə ömürlük həbs cəzasına məhkum edilmiş Türkiyə Baş Qərargahının sabiq rəisi general İlkər Başbuğ azad edilib.

Xəbər lenti

Xəbər lenti