Azərbaycan, Bakı, 13 mart /Trend/
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Rusiyanın təşkilata daxil olmasına hazırlıq prosesini dayandırır. Trend-in məlumatına görə, bu barədə "Praym" agentliyi İƏİT-ə istinadən xəbər yayıb.
Təşkilatın üzvlərinin xahişi ilə baş katib bu barədə Rusiyanı məlumatlandırıb.
Məlumatda deyilir: "İƏİT-ə üzv olan ölkələr habelə qərara alıblar ki, qurum Ukraynanın İƏİT ilə bu ölkə arasında əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsinə yönəlmiş xahişinə müsbət cavab versin".