Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir S.Əhmədova/
"Ketrin Eşton İranda səfərdə olarkən tarixi səfər edib, Yeni Culfada erməni kilsəsinə baş çəkib. Tam başa düşüləndir". Trend-in məlumatına görə, bunu öz "Twitter" səhfəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb.
N.Məmmədov bildirib: "Yəqin xanım Eşton söz verib ki, dünyanın hansı ölkəsində erməni kilsəsi varsa, oranı ziyarət etsin".
Qeyd edək ki, Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi K.Eşton İran nüvə proqramının müzakirəsi ilə bağlı martın 8-də İrana səfəri zamanı İsfahan şəhərində ermənilərin kompakt yaşadığı Yeni Culfa məhəlləsində yerləşən Vank kafedral kilsəsini ziyarət edib.