...

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi keçiriləcək

Siyasət Materials 14 Mart 2014 19:00 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 14 mart /Trend/

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının respublikada elmin təşkili və inkişafındakı böyük xidmətləri nəzərə alınaraq, Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

2015-ci ildə respublikanın ali elmi qurumu Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 ili tamam olur. Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında Milli Elmlər Akademiyasının müstəsna rolu vardır. Yarandığı vaxtdan etibarən ötən fəaliyyət müddəti ərzində o, mühüm nailiyyətlər qazanmış, elmi məktəblərin qurulmasına müvəffəq olmuş, beynəlxalq elm strukturlarına uğurla inteqrasiya etmişdir. Akademiya müstəqil dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən bu gün də layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini əsirgəmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti