...

ABŞ İraqa 100-ə yaxın hava-yer tipli raket tədarük edib

Siyasət Materials 17 Mart 2014 06:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

ABŞ hakimiyyəti İraqa 100-ə yaxın yüksək dəqiqlikli "Hellfire" hava-yer tipli raket və silah, döyüş sursatı, o cümlədən M4 avtomatları göndərib. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi ABŞ-ın Bağdaddakı səfirliyinə istinadən məlumat verir.

Səfirliyin bəyanatında qeyd olunur ki, "İraq-Şam İslam Dövləti" təşkilatından İraq və bütün region üçün gələn ciddi təhdidi nəzərə alaraq, İraq təhlükəsizlik qüvvələrini müasir və effetkli silahlarla təmin etmək üçün bundan əvvəl ABŞ cari ayda təqribən 100 "Hellfire" raketi, həmçinin 100 minə yaxın patron və M4 avtomatları tədarük edib.

ABŞ diplomatik nümayəndəliyinin məlumatına görə, ümumilikdə Birləşmiş Ştatlar yanvarın ortalarından ölkəyə 11 milyondan çox döyüş sursatı komplekti, eləcə də min avtomat, tüfəng, qumbara və digər silah növləri göndərib. Yaxın aylarda silahların növbəti hissəsi tədarük olunacaq.

Xəbər lenti

Xəbər lenti