...

Rusiya Dnestryanı bölgənin blokadada olması məsələsini müzakirə edəcək

Siyasət Materials 18 Mart 2014 15:23 (UTC +04:00)
Rusiya hökuməti martın 20-də Dnestryanı bölgənin blokada vəziyyətində olmasında dair müşavirə keçirəcək.
Rusiya Dnestryanı bölgənin blokadada olması məsələsini müzakirə edəcək

Azərbaycan, Bakı, 18 mart /Trend/

Rusiya hökuməti martın 20-də Dnestryanı bölgənin blokada vəziyyətində olmasında dair müşavirə keçirəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş nazirinin müavini Dmitri Roqozin deyib.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar müvafiq nazirlik və qurumlarla ciddi görüş keçiriləcək: "Məqsəd Dnestryanı bölgənin rəhbərliyinin Rusiya tərəfindən məsləhətçilər qrupunun olmasını hiss etməsidir. Bundan başqa, iqtisadi blokadanın aradan qaldırılması da müzakirə mövzusu olacaq".

D.Roqozin qeyd edib ki, Moldova Avropa İttifaqı ilə saziş imzalayarsa, blokada daha da sərtləşə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti