Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/
Martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir gənclərimizin hərbi vətənpərvərliyinin gücləndirilməsində, onların döyüş əzmi ruhunda tərbiyə olunmasında Əfqanıstan müharibəsi veteranlarının nümunəsini xüsusi vurğulayıb və bu fəaliyyətlərin gələcəkdə də həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qonaq ölkəmizdə veteranlara və onların ailələrinə göstərilən dövlət qayğısından danışıb, ictimai birlik tərəfindən məktəblərdə və digər təhsil ocaqlarında keçirilən müxtəlif tədbirlər barəsində məlumat verib.
Görüş zamanı Müdafiə Nazirliyi ilə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə həyata keçirəcəyi fəaliyyətlərlə əlaqədar işçi qrupunun yaradılması və tədbirlər planının tərtib edilməsi qərara alınıb.