...

Ukrayna Belarusdakı səfirini geri çağırıb

Siyasət Materials 24 Mart 2014 18:39 (UTC +04:00)
Ukrayna Belarusdakı səfiri Mixail Yejeli məsləhətləşmələr üçün geri çağırıb. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynos brifinqdə bildirib.
Ukrayna Belarusdakı səfirini geri çağırıb

Azərbaycan, Bakı, 24 mart /Trend/

Ukrayna Belarusdakı səfiri Mixail Yejeli məsləhətləşmələr üçün geri çağırıb. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynos brifinqdə bildirib.

Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun 23 martda verdiyi bəytanatla əlaqədar olaraq XİN bu ölkədəki səfiri məsləhətləşmələr üçün geri çağırıb və Belarus tərəfinə müvafiq nota verib. Notada qeyd olunur ki, Belarus Prezidentinin belə bəyanatları beynəlxalq hüququn normaları və Rusiyanın fəaliyyətini pisləyən əksər dünya ölkələrinin mövqeyi ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, A.Lukaşenko daha əvvəl bəyan edib ki, Belarus de-fakto Krımı Rusiya ərazisinin bir hissəsi kimi tanıyıb.

Xəbər lenti

Xəbər lenti