...

Dmitri Roqozin Azərbaycanla hökumətlərarası komissiyanın Rusiya tərəfdən sədri təyin edilib

Siyasət Materials 11 Aprel 2014 15:15 (UTC +04:00)
Rusiyanın Baş naziri Dmitri Medvedev Baş nazirin müavini Dmitri Roqozini Azərbaycanla hökumətlərarası komissiyanın Rusiya tərəfdən sədri təyin edilməsi barədə sərəncam imzalayıb.
Dmitri Roqozin Azərbaycanla hökumətlərarası komissiyanın Rusiya tərəfdən sədri təyin edilib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Rusiyanın Baş naziri Dmitri Medvedev Baş nazirin müavini Dmitri Roqozini Azərbaycanla hökumətlərarası komissiyanın Rusiya tərəfdən sədri təyin edilməsi barədə sərəncam imzalayıb. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Hüquqi materialların rəsmi saytında dərc olunmuş məlumatda deyilir: "Rusiya Federasiyası hökumətinin sədr müavini Dmitri Roqozin Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın Rusiya tərəfdən sədri təyin edilsin, Aleksandr Xloponin isə həmin səlahiyyətlərdən azad edilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti