...

Əhməd Davudoğlu: Türkiyənin başsağlığı Ermənistana yox, ermənilərə ünvanlanıb

Siyasət Materials 25 Aprel 2014 15:28 (UTC +04:00)
Türkiyənin başsağlığı Ermənistana yox, ermənilərə ünvanlanıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Əhməd Davudoğlu: Türkiyənin başsağlığı Ermənistana yox, ermənilərə ünvanlanıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin başsağlığı Ermənistana yox, ermənilərə ünvanlanıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

XİN rəhbərinin sözlərinə görə, Türkiyənin bu tarixi addımı ermənilərə ünvanlanıb.

O, həmçinin bu tarixi addımın Ermənistan-Türkiyə münasibətlərinin gələcək inkişafına yardım edəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb. Sülh mesajında tarixdə baş vermiş hadisələrin əsiri olmamağın və ortaq gələcəyin qurulması üçün zəmin yaratmağın vacibliyi bildirilib. Mesajda 1915-ci il hadisələrinin sadəcə ermənilər üçün deyil, eyni zamanda, ölkədə yaşayan ərəblər, kürdlər və digər etnik millətlər üçün ağır bir dövr olduğu bildirilir: "Lakin 1915-ci il hadisələrindən siyasi təzyiq aləti kimi Türkiyə əleyhinə istifadə edilməsi qeyri-mümkündür. 1915-ci il hadisələri hamımızın ortaq acısıdır".

Yayımlanan mesajda o da qeyd olunur ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarixi komissiyanın yaradılmasını dəstəkləyir və 1915-ci il hadisələrində ölən vətəndaşların, o cümlədən ermənilərin ailə üzvlərinə Türkiyə adından başsağlığı verilir.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti