...

Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təlim keçirir (FOTO)

Siyasət Materials 1 May 2014 16:10 (UTC +04:00)
2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində aprel ayının 28-dən növbəti təlim məşqləri keçirir.
Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təlim keçirir (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində aprel ayının 28-dən növbəti təlim məşqləri keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimlərə 4000-dək şəxsi heyət, 60-dan çox zirehli texnika, raket-artilleriya qoşunlarının 120-dən artıq qurğusu, aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.

May ayının 1-dən təlimlərin praktiki hissəsi başlayıb. Təlimlər zamanı zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib.

Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti