Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Cəfərov/
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu axşam İrana səfər edəcək.
Trend-in İranın İSNA agentliyinə istinadən məlumatına görə, E.Nalbandyan Ermənistan Prezidenti Serj Sarkisyanın İranlı həmkarı Həsən Ruhaniyə məktubunu çatdıracaq.
Məlumata əsasən, E.Nalbandyan İranlı həmkarı Məhəmməd Cavad Zərif və İran prezidenti Həsən Ruhani ilə görüşəcək.
İran və Ermənistan arasında iki tərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edəcək.