...

Novruz Məmmədov Türkiyə vətəndaşlarına Manisadakı faciə ilə əlaqədar başsağlığı verib

Siyasət Materials 14 May 2014 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş vermiş partlayışla əlaqədar Türkiyə vətəndaşlarına başsağlığı verib.

Trend-in məlumatına görə, N.Məmmədov "Twitter" səhifəsində yazıb: "Manisadakı faciə nəticəsində həyatını itirən bütün qardaşlarımıza Allah rəhmət eləsin".

Qeyd edək ki, Manisa vilayətində kömür mədənində baş vermiş partlayışda 205 nəfər həlak olub.

Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.

Göstərilən müddət ərzində ölkə ərazisində, eləcə də bütün diplomatik nümayəndəliklərin binalarında dövlət bayraqları endiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti