Prezident İlham Əliyev: Növbəti illərdə Vyetnam-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə daha da möhkəmlənəcək (FOTO)

Prezident İlham Əliyev: Növbəti illərdə Vyetnam-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə daha da möhkəmlənəcək  (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

Mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilmişdir.

Mərasim Azərbaycanın və Vyetnamın dövlət himnlərinin səsləndirilməsi ilə başladı.

Sonra Vyetnam Prezidenti Truonq Tan Sanq və Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdilər.

Prezident Truonq Tan Sanq çıxışında bildirib: Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli birinci xanım Mehriban Əliyeva, hörmətli qonaqlar və dostlar. Vyetnama dövlət səfərinə gələn cənab Prezidenti və Azərbaycandan olan fəxri qonaqları Vyetnam dövləti və xalqı adından bir daha ürəkdən salamlayır, Azərbaycan xalqına ən səmimi və mehriban hisslərimi, Vyetnam ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin inkişafı perspektivlərinə inamımı bildirirəm. Hörmətli cənab Prezident, biz, Vyetnam xalqı Azərbaycanı həmişə zəngin və qədim mədəniyyəti, qonaqpərvər və dost xalqı olan gözəl bir ölkə kimi tanıyırıq".

O, qeyd edib ki, Vyetnam ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, bizi dostluq, qardaşlıq münasibətləri birləşdirir: "Vyetnam xalqı müstəqillik uğrunda mübarizənin və yeni dövlət quruculuğunun çətin illərində Azərbaycan xalqının göstərdiyi böyük və qiymətli köməyi heç vaxt unutmayacaqdır. Bizim sabiq Prezident Ho Şi Min 1959-cu ildə Bakının neft sənayesi zonasına səfərdən sonra demişdi: "Vyetnam bu müqavimət müharibəsində qalib gələndən sonra bütün SSRİ, o cümlədən Azərbaycan neft və qaz hasilatı və emalında, Bakıdakı kimi güclü neft sənayesi zonaları yaradılmasında Vyetnama kömək etməlidir". Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev hələ 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfər etmiş, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Vyetnam xalqını dəstəkləmişdi. Biz fəxr edirik ki, çoxsaylı yüksəliş və enişlərdən, tarixi hadisələrdən sonra ölkələrimiz arasında yaxşı münasibətlər qorunub saxlanmışdır. Bu münasibətlər möhkəmləndirilir və inkişaf etdirilir".

Prezident deyib ki, Vyetnam ölkələrimizin xalqları arasında dostluq münasibətlərinə həmişə hörmətlə yanaşır, onları qoruyub saxlayır və sonrakı nəsillərə ötürür: "Bu gün bizdə Vyetnam ilə Azərbaycan arasında çoxtərəfli, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsi üçün hər cür əlverişli şərait vardır. Cənab Prezidentin və Azərbaycanın yüksək vəzifəli nümayəndə heyətinin Vyetnama bugünkü səfəri buna sübutdur. Hörmətli cənab Prezident, mən bizim bugünkü danışıqlarımızın nəticələrini və Azərbaycan Prezidentinin Vyetnamın yüksək vəzifəli rəhbərləri ilə görüşlərinin nəticələrini yüksək qiymətləndirirəm. Biz ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran mühüm beynəlxalq məsələlərə dair əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunda fikir mübadiləsi apardıq, yaxın gələcəkdə ölkələrimiz arasında bütün sahələrdə, xüsusən ticari-iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətləri və bununla əlaqədar tədbirlər haqqında yekdil qərar qəbul etdik".

O vurğulayıb ki, səfər çərçivəsində əldə edilmiş nəticələr bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə güclü təkan verəcək, Vyetnam ilə Azərbaycan arasında münasibətlərin inkişafını yeni səviyyəyə çatdıracaqdır: "Hesab edirəm ki, iki ölkənin rəhbərlərinin və xalqlarının yaxın, ənənəvi dostluq münasibətləri, əzmkarlığı və qətiyyəti yeni dövrdə ölkələrimizin xalqlarının mənafeləri və firavanlığı naminə, regionda və dünyada sülh və sabitlik naminə sıx əməkdaşlığın davam etdirilməsi və inkişafı üçün möhkəm zəmindir. Cənab Prezident, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi şərəfinə! Vyetnam və Azərbaycan xalqlarının əmin-amanlığı, firavanlığı şərəfinə! Cənab Prezidentin və xanımının şərəfinə! Bu gün burada iştirak edən bütün azərbaycanlıların və vyetnamlıların şərəfinə!"

Prezident İlham Əliyev çıxışında bildirib: "Hörmətli cənab Prezident. Hörmətli xanım Mai Thi Hanh. Əziz dostlar. Cənab Prezident, ilk növbədə mənə və nümayəndə heyətimizin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, Sizi, cənab Prezident, Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Bildiyiniz kimi, mənim səfərim iki ölkə arasındakı münasibətlərdə ilk dövlət səfəridir. Səfər artıq başa çatır. Deyə bilərəm ki, səfərin nəticələri çox uğurlu olmuşdur. Biz bu gün iki ölkə arasındakı əlaqələrin bütün aspektlərini geniş müzakirə etdik. Görülən işlərə qiymət verildi və görüləcək işlər haqqında konkret istiqamətlər müəyyən edildi. Siz, cənab Prezident, qeyd etdiyiniz kimi, bizim əlaqələrimizin təməlini Vyetnam xalqının böyük oğlu, Prezident Ho Şi Min 1959-cu ildə qoymuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri də bizim yadımızdadır. Çox şadam ki, Vyetnamda da o səfəri xatırlayırlar və o səfərə çox yüksək qiymət verirlər.

Bu gün Azərbaycanda təhsil almış vyetnamlı keçmiş tələbələrlə mənim görüşüm olmuşdur. Bu görüş xüsusi bir dostluq və mehribanlıq atmosferində keçmişdir. Çox gözəl sözlər deyildi, yaxşı xatirələr ifadə edildi. Hətta vyetnamlı dostlarımız Azərbaycan mahnısı da ifa etdilər. Budur, bizim ikitərəfli münasibətlərimizin əsas təməl daşı".

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Vyetnam-Azərbaycan ikitərəfli əlaqələri bu möhkəm təməl üzərində qurulur və uğurla inkişaf edir: "Biz bu gün ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, humanitar aspektlərini geniş müzakirə etdik. Deyə bilərəm ki, bütün mövzularla bağlı bizim fikrimiz birdir. Biz siyasi əlaqələri inkişaf etdirəcəyik, ticarət dövriyyəsini ən azı iki dəfə artırmaq fikrimiz vardır. Təhsil sahəsində o gözəl ənənələri bərpa etməliyik. Vyetnamlı tələbələr Azərbaycanda, azərbaycanlı tələbələr Vyetnamda təhsil almalıdırlar. Neft-qaz sektorunda, investisiya qoyuluşu, mədəniyyət, turizm sahələrində gələcək əməkdaşlıqla bağlı konkret tapşırıqlar verilmişdir. Əminəm ki, növbəti illərdə Vyetnam-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə daha da möhkəmlənəcəkdir".

Prezident deyib ki, Azərbaycanda Vyetnam xalqına çox böyük rəğbət vardır. Müstəqillik uğrunda mübarizədə azərbaycanlılar vyetnamlılarla həmrəy olmuşlar: "Biz bu ənənələri qoruyacağıq, dostluğumuzu daha da möhkəmləndirəcəyik".

Mərasimdə Vyetnam incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.

Dövlət başçıları və xanımları incəsənət ustaları ilə görüşdülər.

Sonda xatirə şəkli çəkdirildi.

Qubada ağır yol qəzası baş verib, ölənlər var
Qubada ağır yol qəzası baş verib, ölənlər var
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
Xəzər dənizində zəlzələ qeydə alınıb
Xəzər dənizində zəlzələ qeydə alınıb
Loading Bars
Xəbər lenti
Azərbaycanın canlı əfsnəsi İsfar Sarabskinin rəhbərliyi altında trionun Avropa turnesi çərçivəsində ilk konserti keçirilib (FOTO/VİDEO)
Sabah Bakıda 21 dərəcə isti olacaq
Milli gücün nəyə qadir olduğunu dünyaya göstərdik – Bahar Muradova “Sahil Kərimli ilə Aktual” layihəsində (VİDEO)
Əməkhaqqı və pensiyalarla bağlı sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır – Deputat
Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub
Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? - AÇIQLAMA
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib
Bakının bu ərazilərində içməli suyun verilişində məhdudiyyət olacaq
Qubada ağır yol qəzası baş verib, ölənlər var
Ölümcül xəstə uşağın atası onun üçün dərman yaradıb
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb
Düşmənin 30 illik istehkamları bir neçə günə necə darmadağın edildi? - Füzuli fatehləri Trend TV-yə danışıb (VİDEO)
ABŞ-da snayper tüfəngli robot it yaradılıb
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
İtaliyada bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub
Hindistanda leysan yağışları 10 insanın ölümünə səbəb olub
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Ermənistanda anti-Rusiya isterikası davam edir
Nazirlər Kabineti maaş və pensiyaların artılıması ilə bağlı sərəncamın icrasına başlayıb
Pirallahıda Vətən müharibəsi şəhidi Nəbiyev Elmarın anım mərasimi keçirilib (FOTO)
İranda daha 181 nəfər koronavirusdan öldü
Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM
Tarif Şurasının işığın və qazın qiyməti ilə bağlı dəyişikliyi aztəminatlı ailələrə təsir etməyəcək - İZAH
Erməni təxribatları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gecikdirilmiş 851,9 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənməsi təmin edilib
MDU-nun tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib (FOTO)
Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi
Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb
Qarabağın işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu - Vüqar Kərimov
Ermənistan ərazisindən keçib gələn çaylarımız çirkləndirilir - Nazir müavini
30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizdə böyük narkotik plantasiyaları salınıb - Deputat
İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edilib (ÖZƏL)
Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verdi
Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM
Burada gördüyümüz dağıntılar təbiətə qarşı barbar münasibətin sübutudur - Qırğızıstan səfiri
LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)
Rusiyada koronavirusdan ölənlərin gündəlik sayı mini keçib
Göyçayda toy təşkilatçısı cərimələnib (FOTO)
ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var
Zığda 20 ton zeytun yığılıb
Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb
Zəngilanda payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub - Firdovsi Əliyev
Hikmət Hacıyev: Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır (ÖZƏL)
İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Fransa ilə sənədin imzalanması nəzərdə tutulur
Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir (VİDEO)
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov
Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb (FOTO)
Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahit Bağçı
Universitet prorektoru vəfat edib
Bazar günü hava necə olacaq?
DSX İranla sərhəd ərazidə narkotik aşkarlayıb (FOTO)
Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev (FOTO)
Füzuli Hava Limanına beynəlxalq status verilib
İki mindən çox qaziyə əlillik və sosial ödənişlər təyin edilib
İndoneziyanın turizm bölgəsində zəlzələ olub - Ölənlər var
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb (FOTO)
Bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev (FOTO)
Şəhidi təhqir edən şəxs 15 sutkalıq həbs olunub
Bakıda ticarət mərkəzindəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
ETSN media nümayəndələri ilə yeni layihəyə start verib
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Albaniyada hoteldə 4 turistin meyiti tapılıb
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib - Deputat
Bütün xəbərlər