...

Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir

Siyasət Materials 2 İyun 2014 10:44 (UTC +04:00)
Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek sabah Azərbaycana rəsmi səfər edəcək.
Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir S.Əhmədova/

Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek sabah Azərbaycana rəsmi səfər edəcək. Bunu Trend-ə Çexiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Nazir səfəri çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşəcək. Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri və maraq kəsb edən digər məsələlər müzakirə olunacaq.

Xarici işlər naziri Azərbaycandan sonra Gürcüstana da səfər edəcək.

Qeyd edək ki, bu, L.Zaoralekin Çexiyanın xarici işlər naziri kimi Azərbaycana ilk rəsmi səfəridir. Bundan öncə, L.Zaoralek 2011-ci il dekabrın 21-də Çexiya parlamentinin Nümayəndələr Palatasının sədr müavini kimi Azərbaycanda səfərdə olub və ölkə rəsmiləri ilə görüşlər keçirib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-aprel ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsi 93,02 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə azdır. Bu azalma ixrac əməlyatlarının 1,9 dəfə azalaraq 76,57 milyon dollar təşkil etməsi ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti