...

Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinə dair yeni “yol xəritəsi” hazırlanır

Siyasət Materials 3 İyun 2014 09:00 (UTC +04:00)
Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinə dair yeni “yol xəritəsi” hazırlanır.
Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinə dair yeni “yol xəritəsi” hazırlanır

Belçika, Brüssel, 3 iyun /Trend, müxbir E.Hüseynli/

Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinə dair yeni "yol xəritəsi" hazırlanır. Bu barədə Trend-ə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov məlumat verib.

N.Qurbanov bildirib ki, diaspor təşkilatlarının fəaliyyətində korrektələrə ehtiyac var. Ona görə də diaspor təşkilatlarının fəaliyyətinə dair "yol xəritəsi" hazırlanır: "Diaspor təşkilatlarının bir nömrəli fəaliyyət istiqamətləri bəllidir. Bu fəaliyyət istiqamətlərimizin ana xəttini 2008-ci ildə qəbul edilən Dünya Azərbaycanlılarının Xartiyasında əksini tapıb.

Bu istiqamətlər əsasında diaspor təşkilatları fəaliyyətlərini qurur. "Yol xəritəsin"də diaspor təşkilatlarının 2015-ci ildəki fəaliyyəti əksini tapacaq. Bildiyiniz kimi, 2015-ci ildə iki böyük tədbir var. Bunlardan biri I Avropa Oyunları, ikincisi isə qondarma "erməni soyqırımı"dır".

N.Qurbanov deyib ki, I Avropa Oyunlarında Azərbaycanın təbliğatı üçün diaspor təşkilatlarının gücündən istifadə ediləcək: "Eyni zamanda, qondarma "erməni soyqırımı" ilə bağlı diaspor təşkilatlarının əks tədbirləri nəzərdə tutulur".

Xəbər lenti

Xəbər lenti