...

Novruz Məmmədov: Dünya çox ədalətsiz və qəddardır

Siyasət Materials 11 İyun 2014 13:58
Bu gün Azərbaycanda müşahidə edilən sabitlik və inkişafın bir mənfi tərəfi də var. Dünya çox ədalətsiz və qəddardır. Bu sabitlik və inkişaf bir çox ölkələrin qısqanclığına, paxıllığına səbəb olur. Azərbaycanı gözləri götürmür.
Novruz Məmmədov: Dünya çox ədalətsiz və qəddardır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/

"Bu gün Azərbaycanda müşahidə edilən sabitlik və inkişafın bir mənfi tərəfi də var. Dünya çox ədalətsiz və qəddardır. Bu sabitlik və inkişaf bir çox ölkələrin qısqanclığına, paxıllığına səbəb olur. Azərbaycanı gözləri götürmür. Bununla bağlı müxtəlif addımlar atırlar. Harda bir söz-söhbət oldusa, onu mütləq şişirdib ictimaiyyətin mövqeyini mənfi istiqamətdə formalaşdırmaq istəyirlər". Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti Adminstrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Səs" qəzetində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən "dəyirmi masa"da bildirib.

Xüsusilə müsəlman ölkələrində baş verən proseslərə diqqət yetirməyə çağıran PA rəsmisi Qərb dövlətlərini müsbət nümunə göstərə bilməməkdə ittiham edib: "Xüsusilə fikir verin ki, müsəlman ölkələrində, onlarla ölkələrdə nə baş verdiyi bilinmir. Açırsan televiziyanı, mətbuatı, görürsən ki, haradasa iki-üç partlayış olub, 20, 30, 40 nəfər həlak olub. Hər yerdə müharibə gedir, hər yerdə gərginlikdir. Qərb indiyədək elə bir addım atmayıb ki, bizim üçün, başqaları üçün nümunə olsun".

Onun fikrincə, bu gün dünyada beynəlxalq münasibətlərdə ədalət deyilən şey yoxdur: "Bütün dövlətlər yalnız özlərinin maraqlarını təmin etmək üçün bütün vasitələrdən istifadə edirlər. Ədalət sözdə, bəyanatda deyilir, müəyyən çıxışlarda deyirlər. İnsan hüquqları və demokratiyanı siyasiləşdirib bundan istifadə edirlər. Bundan əlavə, bütün başqa üsullardan da istifadə edirlər. Liviya ilə bağlı məsələ qalxanda heç kimdən icazə almadan, heç bir yerdə də qərar qəbul etmədən 2 saatın içində təyyarələr qalxdı və ora hücum etdi. Eləcə də başqa ölkələrdə də buna oxşar hallar olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti